Ölkə futbolu
Kaxaber Tsxadadze: “Allah eləməmiş bunu edə bilməsək, faciə olacaq”
"İnter”in baş məşqçisi Kaxaber Tsxadadze dünən AZAL-a qarşı keçirdikləri yoxlama matçından sonra Futbolxeber.az saytına müsahibə verib. Gürcü mütəxəssis ilk öncə “təyyarəçilər”i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan söz açıb:
- Çox yaxşı oyun alındı. 90 dəqiqə ərzində xeyli qol şansı yaxaladıq. Düzdür, yenə də həmin epizodların əksərindən istifadə edə bilmədik. Amma ümumi götürdükdə, komanda yaxşı oynadı. Buna görə də həm nəticədən, həm də oyundan razı qaldım.
- “İnter”i çempionata tam hazır saymaq olar?
- Bəli, olar. Digərləri ilə müqayisədə biz hazırlığa erkən başlamışdıq. Bu da avrokuboklardakı çıxışdan irəli gəlirdi. İndi “İnter” yüksək formadadır.
- Avroliqadayla vidalaşmağınızdan artıq 1 həftədən çox vaxt keçib. “İnter” həmin yenilgini tam unuda bilib?
- Ən azından, biz buna çalışırıq. Təbii ki, bu cür uğursuzluğu qısa zamanda və ya bir anın içində yaddan çıxarmaq çətindir. Amma yenə deyirəm ki, biz bunun üçün çalışırıq. Hər halda, oyundan sonrakı günlərlə müqayisədə indi komanda özünə gəlib.
- “Tiraspol”, “Elfsborq”la oyunlarla müqayisədə, AZAL-a qarşı keçirdiyiniz matçda qapını Səlahət Ağayev qorudu. Belə düşünmək olar ki, limitə görə çempionatda “İnter”in əsas qapıçısı məhz Ağayev olacaq?
- Səlahət çox yaxşı qapıçıdır. Onun meydana çıxması limitlə bağlı deyil. Georgi Lomaya kimi Səlahət də “İnter”in “1 nömrəsi”dir. Ümumiyyətlə, həm Lomayanı, həm də Səlahəti komandanın əsas qapıçısı hesab etmək olar. Son zamanlar Səlahət oynamaq şansı qazanmırdı. Oyun praktikasının yoxluğundan əziyyət çəkdiyi üçün AZAL-la oyunda məhz Ağayevə şans verdim. O da 90 dəqiqə ərzində işinin öhdəsindən gəldi. Çempionat oyunlarında da kim daha hazır olacaqsa, o da meydana çıxacaq.
- Avrokuboklar geridə qaldı, çempionatın startı çox yaxındır. Lakin “İnter” hələ də axtardığı hücumçunu tapa bilməyib...
- Biz yeni hücumçuya çox ehtiyac duyuruq. Konkret olaraq, yeni hücumçu transfer etməyə məhkumuq. Allah eləməmiş, bunu edə bilməsək, faciə olacaq. Axtarışlarımız davam edir. İnanıram ki, gec də olsa, istədiyimiz hücumçunu tapacağıq.
- AZAL-la qarşılaşmanı Premyer Liqanın ilk turunda qarşılaşacağınız “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu da izləyirdi. Ola bilərmi ki, bu səbəbdən “İnter” tam gücünü meydanda qoymasın və ya Tsxadadze rəqibə görə bütün kartlarını açmasın?
- Yox. Biz onsuz da Avroliqada 4 oyun keçirmişik. Yəni, o istəsə həmin qarşılaşmalara baxmaqla, lazımı məlumatları əldə edər.
- Amma bu gün “İnter” Avroliqadakından fərqli heyətlə mübarizə aparırdı...
- Düzdür, biz fərqli heyətlə meydana çıxmışdıq. Oyunun gedişində də az oynamaq şansı qazanan futbolçulara daha çox şans verdik. Bu, sırf bizim tapşırığımız idi. Rəqib baş məşqçi “Şəfa”da olduğu üçün nəyisə gizlətmədik. Yenə deyirəm, əminəm ki o, bizim 4 oyunumuzun 4-ünə də baxıb. “İnter” haqda bütün lazımı məlumatları əldə edib.
- “Elfsborq”la oyundan sonra istefa versəniz də...
- İstefam qəbul olunmadı.
- Hə, qəbul olunmadı. Elə Azərbaycan futbol ictimaiyyəti sizin komandada qalmağınızın tərəfdarı idi.
- Bu dəstəyə görə onlara minnətdaram. Son iki ildə futbol ictimaiyyətinin dəstəyini hiss edirəm. Halbuki əvvəllər belə deyildi. Buna görə həmin insanlara təşəkkürümü bildirirəm. Avrokuboklarda həm komandanı, həm də məni lazımı qədər dəstəklədilər. Bu, bizim məsuliyyətimizi daha da artırır. Çalışacağıq ki, gələcəkdə daha böyük uğurlar qazanmaqla, etimadı doğruldaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























