13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Rövnəq Abdullayev: “...ÇL-in qrup mərhələsinə düşmək lazımdı”

“Qarabağ” bizləri sevindirdi. Komandaya bu oyuna görə təşəkkür edirəm. Xeyli müddət idi stadiona bu qədər azarkeş toplaşmırdı. Fanatlardan tam razıyam”. Futbolxeber.az-ın Azerisport.com-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qarşılaşmadan sonra paltardəyişmə otağında Ağdam klubunun üzvlərini təbrik etdiyini bildirib: “Uşaqlara onlardan uğur gözlədiyimizi bildirdim. İlk növbədə asvtriyalıları mübarizədən kənarlaşdırmaq, sonra isə ÇL-in qrup mərhələsinə düşmək lazımdı”.

AFFA prezidenti hakimlik barədə də söz açıb: “İkinci qırmızı vərəqə haqsız idi. Keçən dəfə də hakim səhvi ucbatından digər klubumuz “İnter” də məğub oldu”.

Rövnəq Abdullayev “Qarabağ”ın cavab oyunu üçün şansını belə dəyərləndirib: “Komandanın növbəti mərhələyə adlamaq şansı var. Səfərdə normal oyun sərgiləsələr, mərhələ adlamaq olar. Eləcə də sabah “Çixura” ilə qarşılaşacaq “Neftçi”dən uğur gözləyirik”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31