Ölkə futbolu
Mikayıl Nərimanoğlu bilet məsələsinə aydınlıq gətirdi
Millimizin ABŞ-a qarşı keçirdiyi yoxlama oyunundan sonra sosial şəbəkələrdə Çikaqoda yaşayan azərbaycanlı tələbələrin AFFA tərəfindən aldadıldığı barədə xəbərlər yayıldı. Məlumatda bildirilirdi ki, AFFA tərəfdən həmin tələbələrə pulsuz bilet veriləcəyi barədə söz verilsə də, sonradan vəd yerinə yetirilməyib ki, bu da tələbələrin narazılığına səbəb olub.
Həmin vaxt milli komandamızla birgə ABŞ-da olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bir qədər əvvəl feysbuk sosial şəbəkəsində həmin ittihamlara cavab verib.
Futbolxeber.az Mikayıl Nərimanoğlunun məsələylə bağlı yazdığı statusu olduğu kimi təqdim edir:
“ABŞ -Azərbaycan oyunu üçün biletlə bağlı yayılan dezinformasiyaya cavab
Hörmətli Aydın müəllim,
ABŞ - Azərbaycan oyunu üçün biletlə bağlı yazdığınız statusa və onun əsasında KİV-də dərc olunan məlumatlara cavab olaraq "unutduğunuz" və bilmədiyiniz bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Çünki nə qədər obyektiv olmağa çalışsanız da, bunu axıra qədər bacarmamısınız və yalnız öz məktublarınızı dərc etməklə birtərəfli fikir formalaşdırmağa çalışmısınız.
Qeyd etmək istərdim ki, AFFA rəhbərliyi oyunun keçirildiyi Kaliforniya ştatında erməni diasporunun güclü olduğunu və təxminən 1 ay bundan əvvəl Dağlıq Qarabağ barədə qeyri obyektiv qərarın çıxarıldığını nəzərə alaraq oyuna daha çox azarkeş toplamaq üçün qərar qəbul etdi. Bununla əlaqədar olaraq ölkəmizin ABŞ-dakı səfirliyi, konsulluğu və baş sponsorumuz olan SOCAR-ın oradakı nümayəndəliyi ilə 2 ay ərzində mütəmadi əlaqələr saxlayır və təşkilatı işləri birgə həyata keçirirdik. Məhz buna görə də ABŞ Futbol Federasiyası tərəfindən protokola uyğun olaraq ayrılan 100 biletdən əlavə biletlərin də alınması qərara alındı. Beləliklə, baş konsulun rəsmi müraciətinə əsasən AFFA-nın vəsaiti hesabına 500 bilet alınaraq 100 biletlə birlikdə səfirliyə, konsulluğa və SOCAR-ın yerli nümayəndəliyinə təqdim olundu. Əlavə olaraq azarkeşlər üçün 300 Azərbaycan bayrağı və 200 AFFA-nın şərfi də verildi. Bundan sonra biletlə bağlı bizə müraciət edənlərin hər birinə konsulluğa və ya SOCAR-ın yerli nümayəndəliyinə müraciət etmələrini xahiş etdik. Çünki komanda San Fransiskoda deyil, Santa Clara şəhərində qalırdı. Azarkeşlər üçün də bu çox çətin olardı. Həmin təşkilatların nümayəndələri isə rəhbərlikləri ilə birlikdə oyundan bir neçə gün əvvəl San Fransiskoya gəlmişdilər.
Məlumat üçün nəzərinizə çatdırıram ki, sizin AFFA-ya müraciətinizə ( 13.04.2014 ) cavab olaraq sizə dərin təşəkkürümüzü bildirməklə əvvəlcə siyahını göndərməyinizi, sonra isə mayın 22-23-də əlaqə saxlamağınızı xahiş etmişdik. Mayın 20-də etdiyiniz müraciətə isə operativ olaraq cavab yazdıq ( bu məktubu niyə dərc etməmisiniz ? )
Hormetli Aydin muallim,
Biz size mayin 22-23-de elaqe saxlamaqinizi xahish etmishdik. Siz ise 20-de yazdiniz ve bizi basha dushmek istemediniz. Cunki biz ishi daha peshekar quraraq biletleri kortebii shekilde deyil, vahid merkezden vermek qerarina geldik. Bize daxil olan coxsayli muracietlerde bir neferin adi bir nece yerde qeyd olunmushdu. Bu sebebden de bilet ucun olkemizin buradaki konsulluquna ve ya SOCAR-in numeyendeliyine muraciet etmelisiniz. Konsulluq ucun 500, numayendeliyi ucun ise 150 bilet ayrilacaq.
Nezere almaqinizi xahish edirik.
Sizə bu məktubumuzdan sonra biz öz tərəfimizdən sizinlə bağlı ölkəmizin ABŞ-dakı konsulluğuna və SOCAR-ın yerli nümayəndəliyinə məlumat verdik.
On May 21, 2014, at 15:03, Mikayil Narimanoglu
Hörmətli Nəsimi müəllim,
Millinin oyununa bilet üçün müraciət edən Aydın Hüseynova mayın 22-23-də əlaqə saxlamağı xahiş etmişdik. O isə mayın 20-də müraciət etdi və bu məsələ ilə bağlı SOCAR-ın ABŞ-dakı nümayəndəliyi ilə əlaqə saxlamağı xahiş etdik. Çünki bizə edilən çoxsaylı müraciətlərə diqqət yetirəndə gördük ki, bir şəxsin adı bir neçə siyahıda qeyd olunub. Onun bizə cavab məktubunu isə məlumat üçün nəzərinizə çatdırırıq.
Diqqətinizə görə minnətdarıq.
Bundan sonra Baş konsul və SOCAR-ın nümayəndəliyi müraciətiniz əsasında biletlə bağlı sizə köməklik göstəriləcəyini bildirdi. Ancaq siz nə konsulluğa, nə də SOCAR-in yerli nümayəndəliyinə müraciət etdiniz. Halbuki digərləri sizdən fərqli olaraq işlərini qaydasında quraraq müraciət əsasında biletlərini aldılar.
Bundan sonra hay-küy qoparmağınız isə tam yersizdir. Bununla bağlı sizə bir neçə sualım var.
1. Bilet üçün qeyd etdiyimiz qurumlara nə üçün müraciət etmədiniz? (Qeyd etdiyimiz kimi biz sizin gəlişiniz barədə onlara məlumat vermişdik)
2. Oyunun bileti yerindən asılı olaraq 35 -375 dollar arasında idi. Əgər siz rahatlığınız üçün 200 dollarlıq bilet almısınızsa, bu sizin öz işinizdir.
3. Sizə məxsus olan bu cümlə ilə nə demək istəyirsiniz ? ( "Mən ona may ayının 20-si yazdım və mənə dedi ki, bilet uçun SOCAR-a müraciət edin. Necə ola bilər axı oyuna 3 gün qalmış SOCAR-a müraciət edək" ).
Müraciət ayın 20-də oldu, oyun 27-də, aralıqda olan vaxt neçə gündür?
4. Bütün bunlardan sonra dezinformasiya yaymaqda məqsədiniz?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























