Ölkə futbolu
“Xəzər Lənkəran”ın sürücüsü “Neftçi”nin azarkeşlərindən gileyləndi: “Hər dəfə avtobusu daşa basırlır”
“Xəzər Lənkəran”ın sürücüsü Əvəz Mirzəbəyovun müsahibəsi
- 34 illik stajım var. Bakıda avtovağzalda avtobus sürücüsü işləyirdim. 2004-cü ildə komanda yarananda Sumqayıtda məskunlaşmışdılar. Onda klubun avtobusu olmadığından harasa getmək üçün sifarişlə kimisə çağırırdılar. Bir dəfə tanış uşaqlar mənə bu işi təklif etdilər. Klubdan kimsə həmin uşaqlara təcrübəli, başıaşağı sürücü lazım olduğunu demişdi. Razılaşdım. Bir qədər sonra “Hyunday” aldılar. Elə o vaxtdan buradayam. İndi sürdüyüm avtobus sayca üçüncüdür.
- Deyəsən, maşına yaxşı baxırsınız.
- Çörəyim buradan çıxır, baxmalıyam da. Təmirlə bağlı nə lazımdırsa, klub eləyir. Mənə qalır adi şeyləri nəzarətdə saxlamaq.
- Komanda ilə ilk səfərininz yadınızdadır?
- May ayında Qubaya toplaşa getmişdik. Onda baş məşqçi Nazim Süleymanov idi.
- Söhbətiniz tuturdu? Adətən, məşqçilər sürücüyə ən yaxın yerdə əyləşirlər.
- Nazimlə hə. Məşqçilərdən hamısını xatırlayıram - Ağasəlim Mircavadov, Yunis Hüseynov, Rasim Kara... Xasiyyətimə bələd olduqlarından mənimlə işləri yox idi, çox sual vermirdilər. Ağasəlim müəllim hərdən oyundan sonra sataşırdı ki, bir az bərk sür, evə tez çataq. Bilirdi ki, nə olsa da sürət həddini keçməyəcəm. Məni hirsləndirmək istəyirdi.
- Deyirlər, futbolçular yaxşı yol yoldaşı olur. Hansı daha yaxşı həmsöhbət idi?
- Alim Qurbanov, Kamran Ağayev çox vaxt gəlib yanımda oturardı. Onlarla vaxt tez keçirdi.
- Maraqlıdır, nədən söhbət edirdiniz?
- Yolda nədən danışarlar? Hər şeydən. Danışmağa o qədər mövzu olur ki.
- Əcnəbilərdən hansı daha çox yadınızda qalıb?
- Belə baxanda pis uşaqlara oxşamırlar. Avtobusun arxa qapısından minib, elə oradan da düşürlər. Çoxlarının adlarını hələ indiyə kimi də bilmirəm.
- Hansısa futbolçu komandadan gedəndə heyfslənmisiniz?
- Əcnəbilərdən heç biri. Bizimkilərdən Alim Qurbanov, Kamran Abdullayev, Elnur Abdullayev... Yaxşı uşaqlar idi.
Bu arada söhbətə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qoşulur. Hüseyn ilk dəfə Əvəz dayı ilə ilk səfərindən danışır: “Adama elə gəlirdi ki, avtobus “uçur”. Çox sürətlə gedirdi. Bir də o vaxt ayıldım ki, həyəcandan 6 butılka su boşaltmışam. Sonradan alışdım. Azərbaycanda Əvəz dayı kimi etibarlı sürücü hələ ki rastıma çıxmayıb”.
- Hüseyn deyir ki, etibarlısınız. Olub ki, yolda hansısa qəzaya uğrayasınız?
- Şükür Allaha, indiyə kimi belə bir hal olmayıb. Bircə dəfə Biləsuvarın çıxışında avtobusun arxa təkəri partlayıb. Onu da məndən başqa heç kimi hiss eləməyib.
- Gününüzün çox yollarda keçir. Başınıza gələn bir maraqlı hadisə danışardınız. Amma deməyin ki, olmayıb.
- Hər dəfə Lənkərana gələndə yolüstü Salyanda dayanırıq. Uşaqlar çay içirlər, bir qədər havalarını dəyişirlər. Bir dəfə yenicə yola düzəlmişdim ki, baxdım arxadan bir maşın işıqlarını “marqatlayır”. Yol verirəm, əl çəkmir. Axırda sağa verib saxladım ki, görüm bu nə istəyir. Birdən həmin maşından Emin Quliyev düşdü. Demə, yaddan çıxıb Salyanda qalıb. Yanında oturan da heç fikir veməyib.
- Elə hal olubmu ki, futbolçu özünü pis aparıb və ürəyinizdən onu avtobusdan düşürmək keçib?
- Mənim onlarla nə işim var? Hərdən olub. Amma özlərinə yox, məşqçiyə demişəm ki, bir az sakit olsunlar, fikrimi yayındırırlar.
- Yaxşı, futbolçular çox pintidilər?
- “Qara”lar çox pintidilər. Bizimkilər heyf deyil?
- Düşəndən sonra sizə nə “hədiyyə” saxlayanlar?
- Almanı, bananı dişləyib saxlanc yerinə qoyurlar. Şirəsini özüm təmizləyirəm. Bir də baxırsan ki, saqqızı harasa yapışdırıblar. Məcbüram 2-3 gün gözləyim ki, qurusun. Saqqız quruyanda təmizləmək daha rahat olur.
- Qələbədən və ya məğlubiyyətdən sonra avtobusda əhval-ruhiyyə necə olur?
- Udanda kefləri kök olur. Deyib-gülürlər, zarafatlaşırlar. Uduzanda isə səsləri çıxmır. Hamısı başını atıb yatır.
- Mustafa Dənizli necə yol yodaşıdır?
- Yaxşıdı. Amma məni qayda pozmağa çox vadar edir. Bir yerə gedəndə həmişə tələsdirir. İstər-istəməz xırda “naruşeniya” edirəm. Amma “qırmızı”da keçmək, “protiv” getmək mənlik deyil.
- Komandanın oyunlarına baxırsınız, yoxsa avtobusda gözləmək daha yaxşıdır?
- Niyə baxmıram? Səfərlərdə avtobusu elə yerdə saxlayıram ki, həm gözüm üstündə olsun, həm də oyunu izləyim. Birdən nəsə eləyərlər axı.
- İndiyə kimi nəsə eləyiblər?
- “Neftçi” ilə oyundan sonra həmişə. “Neftçi”nin azarkeşləri hər dəfə avtobusu daşlayırlar. Ay balam, dəmir parçasının nə günahı var, acığınızı başqa şeydən çıxa bilmirsiniz? Axırıncı dəfə şüşəsini sındırmışdılar. Hər dəfə onlarla oyundan sonra nəyisə düzəltdirirəm.
- Əvəz dayı, sizcə “Xəzər Lənkəran” niyə bu günə düşüb?
- Nə deyim vallah, mən onların işinə qarışmıram. Yəqin ki, yaxşı oynamırlar, ona görə. Yoxsa. Nəyimiz əskikdi. Şükür Allaha şər şeyimiz var.
- Bəs, neyləmək lazımdır ki, yaxşı oynasınlar?
- Elə sual verirsən ki, cavab tapmaqda çətinlik çəkirəm. Yaxşı oynamaq üçün əsas kollektivdə mehribançılıq olmalıdır. “Xəzər Lənkəran”da da bu, həmişə olub. Əsas odur ki, futbolçular məşqçiyə, məşqçi də futbolçuya güvənsin. Həmişə udmaq olmaz ki, düzələr.
- Nə vaxtsa işdən çıxmağı fikirləşmisiniz?
- Yox. Burada hər şey məni qane edir. Heç kimin mənimlə işi yoxdur. Mənə nə lazımdır? Avtobus saz olsun, yağını, təkərini, başqa şeyləri vaxtında dəyişsinlər. Nə lazımdırsa, edirlər. Belə götürəndə, nə vaxt özləri desələr ki, bizə lazım deyilsən, onda da “prava”mı götürüb gedəcəm.
Söhbətləşdi: İlqar TAYIYEV, “Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
12:00
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibləri azaldı
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
03.08.2026
02.08.2026
01.08.2026
31.07.2026
























