15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

"Daha bir xal yığmalıyıq ki..."

“İlk öncə futbolçularımı qələbə ilə təbrik edirəm. Yaxşı oynadılar və layiqli qələbə qazandılar. “Sumqayıt” komandası həmişə xoşuma gəlib, hücumda qorxusuz və aqressiv oynayırlar. Bu, təqdirəlayiq haldır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Gürcü mütəxəssis sona yaxın futbolçularının qeyri-dəqiqliyindən şikayətlənib: “Futbolçuların fərdi sürəti çox yüksəkdir. Müdafiədən sürətli çıxırlar, bundan ehtiyatlanırdıq. Rəqibin əks-hücumlarının qarşısını ala bildik. Son zərbəni vura bilməməyimiz hesabın daha erkən böyüməsinə mane oldu. Son 15 dəqiqədə ötürmələrdə qeyri-dəqiqlik var idi, futbolçular sakit şəkildə topa nəzarət etmək əvəzinə həyəcanlanırdılar. Mövsümün sonudur, futbolçuları başa düşmək olar. Mövsümün başlanğıcı ilə müqayisə edəndə indi ikinci yer uğrunda mübarizə aparırıq, bu, futbolçuların imicini çox yüksəldir. Daha bir xal yığmalıyıq ki, avrokuboklara vəsiqəni təmin edək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31