29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Neftçi” ilə oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində Bakıda "Neftçi"nin qonağı olacaq "Qəbələ" matçın hazırlıqlarını paytaxtda davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, ötən turdan ("Qəbələ"-"Simurq" 1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan "qırmızı-qaralar" dünən "Bakı" Futbol Klubunun təlim-məşq bazasında meydançaya çıxıb. Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib.

"Qəbələ" matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı "Bakcell Arena"da saat 17:00-da keçirəcək.

Xatırladaq ki, "Neftçi"-"Qəbələ" görüşü sabah - mayın 2-də saat 17:00-da start götürəcək. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31