2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

“Sumqayıt” 490 günlük həsrəti bitirdi

“Sumqayıt” cari mövsümdə Azərbaycan Premyer Liqasında ilk səfər qələbəsini qazanıb. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, XXXI turun “Neftçi” ilə “Bakcell Arena”dakı qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn Aqil Məmmədovun yetirmələri rəqib meydanında əvvəlki 14 matçdan heç birində 3 xal əldə etməmişdi. Bu görüşlərdə 5 heç-heçə və 9 məğlubiyyəti olan komanda 9 qol vurmuş, 29-nu buraxmışdı.

Sumqayıtlılar sonuncu dəfə rəqib meydanında 2012-ci il dekabrın 16-da qalib gəlmişdi. Həmin vaxt “Rəvan”ı məğlub edən komanda 2012/13 mövsümünün sonrakı 8 səfər oyununda bu uğuru təkrarlaya bilməmişdi. 490 gün sonra rəqib meydanında sevinən sumqayıtlılar 22 matçlıq həsrətə son qoydu.

Qeyd edək ki, rəqib meydanlarında 22 qələbəsiz oyun Azərbaycan çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. MOİK 35 qələbəsiz səfərlə milli çempionatların antirekordçusudur. Neftçala “Pambıqçı”sı 29, Qusar “Şahdağ”ı 27, “Qarabağ” 24, “Turan” 22 matçlıq səfər qələbəsizliyi yaşayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30