15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

“Inter”in baş məşqçisi 5, “Şahdağ”ın futbolçusu 10 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, əvəzedici heyətlərin XXXI turunun “Bakı” - “İnter” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 49-cu dəqiqəsində “Bakı” klubunun baş məşqşisi İbrahim Uzunca texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.

Oyunun 89-cu dəqiqəsində “İnter” klubunun baş məşqşisi Rüstəm Əliyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.

Azərbaycan I Divizionunun XXVI turunun “Şəmkir” - “Energetik” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Azərbaycan I Divizionunun XXVI turunun “Neftçala” - “Şahdağ” matçında “Şahdağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 42-ci dəqiqəsində “Şahdağ” klubunun 24 №-li futbolçusu Murad Rəcəbov ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərdiyi üçün futbolçu 10 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan I Divizionunun XXVI turunun “Mil-Muğan” – “Şuşa” matçının 73-cü dəqiqəsində “Şuşa” klubunun 21 №-li futbolçusu Kristofer Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28