28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Ölkə futbolu

Derlis Meza Kolli “İnter”in tarixinə düşdü

Premyer Liqanın 31-ci turu çərçivəsində keçirilən “Bakı” -“İnter” oyunu qonaqlar üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. Futbolxeber.az-ın “İnter”in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə fərqlənən Derlis Meza Kolli Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 84-cü futbolçu olub. Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk paraqvaylı futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 31 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir. “İnter”in tarixində yerli futbolçulardan başqa Belarus, Ukrayna, Serbiya, Nigeriya, Litva, Uruqvay, Bolqarıstan, Latviya, Moldova, Braziliya, Gürcüstan, Estoniya, Makedoniya, Seneqal, Toqo, Konqo, Xorvatiya, Kosta-Rika, Fransa və İspaniyadan olan futbolçular da fərqləniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31