31 Oktyabr 2025, Cümə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

“Qəbələ” Kosova və Almaniya klublarına qalib gəldi

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vadafone Beynəlxalq turnirinə uğurlu start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin açılış günündə 2 oyun keçirən təmsilçimiz maksimum nəticə qazanıb - 6 xal.

"Qəbələ" ilk matçda Kosovanın "Galaksi" kollektivi ilə üz-üzə gəlib. Matç "qırmızı-qaralar"ın 5:1-lik qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə 3 xal qazandıran qollar Samir Qurbanov (3), Məhəmməd Məhərrəmov və Nicat Oruclunun aktivinə yazılıb. İkinci görüşdə Ülfət Mədətovun yetirmələri qrupun iddialı komandalarından olan “TSC Ayntraxt” Dortmundla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Orxan Abdullayevin qolu həlledici olub.

Komandamız qrupun son matçında bu gün "Fənərbaxça" ilə üz-üzə gələcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31