Ölkə futbolu
Reynaldo Silva: “Azərbaycan millisindən dəvət alsam, sevinərəm”
Reynaldo Dos Santos Silva. Yəqin ki, “Qarabağ”ın braziliyalı legionerini tanıdınız. Reynaldo “Qarabağ”dakı oyunu və vurduğu qollarla Azərbaycanda olduğu müddətdə futbol azarkeşlərinin sevimlisinə çevrilə bilib. Premyer Liqanın 24-cü turunda “Neftçi” ilə oyunda etdiyi “het-trik”lə bir daha özündən söz etdirməyi bacaran braziliyalı hazırda 15 qolla bombardirlərin siyahısında birincidir. Məhz “Neftçi”yə vurduğu həmin 3 qol sayəsində qəzetimizin ötən sayının posterində yer alan Reynaldo ilə görüşüb müsahibə götürəcəyimizə əvvəlcədən söz vermişdik. Futbol meydanında olduğu kimi adi həyatda da sakit görünən Reynaldo bizim bəzi futbolçulardan fərqli olaraq ona verilən bütün sualları həvəslə cavablandırdı. Yeri gəlmişkən, maraqlı olacağını nəzərə alıb oxucularımızın müsahibimə ünvanladığı sualları müsahibənin sonunda onların öz adlarından dərc edirik.
“BELÇIKADA 2 ÖVLADIM DA VAR”
- 1989-cu il avqustun 24-də Braziliyanın Arapiraka əyalətində doğulmuşam. Arapiraka Braziliyanın digər yerləri ilə müqayisədə bir qədər mülayim iqlimə malikdi. Atlantik okeanı sahillərində yerləşdiyindən çimərlikləri ilə məşhurdur. Fəhlə ailəsində böyümüşəm. Ata-anam yerli fermerlərin plantasiyalarında çalışırdı. Ailədə 4 uşaq olmuşuq – 2 qardaş, 2 bacı. Desəm ki, ehtiyac içində böyümüşük, düzgün olmaz. Dolanışığımız pis olmayıb.
- Braziliyada təhsilə o qədər də fikir vermirlər. Əsasən də futbolçular. Sən necə, oxuyan uşaq olmusan?
- Məktəbə 14 yaşıma kimi getmişəm. Sonradan futbolla düz gəlmədi və məcbur olub məktəbdən ayrıldım.
- Arapirakadan hansı məşhur futbolçular çıxıb?
- O qədər də çox deyil. Ən tanınmışı vaxtilə yığma komandanın və “Milan”ın şərəfini qorumuş qapıçı Didadır. Öz həmyaşıdlarıma gəlincə isə, Braziliyada az-çox tanınanlar var. İndi də müxtəlif komandalarda çıxış edirlər. Avropada isə demək olar ki, yoxdur.
- Cəmi 19 yaşında artıq “Anderlext”də oynayırdın. Avropaya gəlişin necə oldu?
- 9-10 yaşımda “Sport Resifi”nin uşaq futbol məktəbinə yazılmışdım. 14 yaşımda isə “Nautiko Resifi” ilə ilk peşəkar müqaviləmi bağlamışam. Əvəzedicilərin heyətində çıxış edəndə menecerlər oyunumu bəyənib məni “Anderlext”ə dəvət elədilər. Beləcə, Avropa macərası başladı.
- Amma “Anderlext”də cəmi 5 oyunda meydana çıxmısan...
- Dizimdən zədə aldım və bu üzdən mövsümün xeyli hissəsini oynaya bilmədim. Sağalanda isə “Serkl Brügge”yə icarəyə verildim. Orada 3 mövsümə yaxın çıxış elədim. Oyunum pis də alınmırdı. 48 oyunda 11 qol vurmuşdum. Daha sonra yenə də icarə əsasında digər Belçika klubu “Vasterlo”da oynadım. Cəmi bir mövsüm, 14 oyun və 8 qol. Keçən ilin əvvəlindən isə “Qarabağ”dayam.
- Belçikada ilə Azərbaycan arasında fərq çoxdür?
- Düzü, Beçikada mənə bir qədər rahatıydı. Çünki, dil problemi yox idi. Belçikada 5 il yaşadım. Fransız dilini öyrəndiyimdən, bir çox problemləri özüm həll edə bilirdim. Həm də orada həmvətənlərim Bakıdakından daha çox idi. Amma burada da vəziyyətim pis deyil. Yava-yavaş yerli mühitə üyğünlaşıram.
- Heç Azərbaycan dilini öyrənməyə cəhd edirsən?
- Müəlliməsiz çox çətindir. Cəmi bir-iki söz bilirəm, vəssalam. Gərək bir müəllimə tapım.
- Müəllim, yoxsa müəllimə?
- Müəllim olsa, daha yaxşı olar (gülür). Çünki artıq evlənmişəm. Həyat yoldaşım da Bakıdadır. İstəmirəm əlavə problemlər olsun.
- Evlilikdən söz düşmüşkən, nə vaxt ailə həyatı qurmusan?
- Bu il yanvarın 7-də sevgilimlə nikahımızı rəsmiləşdirdik. Amma mənim Belçikada 2 övladım da var. Qızımın 2, oğlumun isə hələ 1 yaşı tamam olmayıb. Tez-tez onlara baş çəkirəm.
- Azərbaycanda evlənmək uzun bir prosesdir. Gərək əvvəl elçi gedəsən, qızın valideynlərinin razılığını alasan və s. (təfsilatı ilə izah edirəm - red.). Braziliyada adət-ənənə necədir?
- Bizdə də gərək əvvəl evlənmək istədiyin qızın valideynlərinin razılığını alasan. Amma sizdən fərqli olaraq bunu oğlan tək edir. Elə də olur ki, əgər oğlan və qız bir-birilərini sevirlərsə və evlənmək qərarına gəliblərsə, heç kimə açıqlama vermədən ailə həyatı qura bilərlər. Bu da adi haldır.
- Sən necə evlənmisən?
- Əvvəl qızın valideynləri ilə tanış oldum, evlənmək istədiyimi bildirdim. Sonrası da məlumdur.
“ÇEMPİONLUĞU HƏSR EDƏCƏK ADAMLAR ÇOXDUR”
- İlk dəfə Azərbaycanın adını nə vaxt eşitmisən?
- “Qarabağ”dan təklif alanda. Vaxtilə “Qarabağ”da oynayan Torres və indiki komanda yoldaşım Riçard Almeyda ilə əlaqə saxladım. Azərbaycan, Bakı, buradakı vəziyyət haqqında müəyyən məlumatlar alandan sonra razı oldum. Düzü, buna kimi nə ölkəniz, nə Bakı, nə də “Qarabağ” haqqında heç bir məlumatım yox idi.
- İndi necə, məlumatın var? Bəlkə bir az Qarabağ və Ağdam haqqında danışasan...
(Burada müsahibim məni xeyli təəccübləndirdi. Əvvəlcə heç bir bilgisinin olmadığını söyləsə də, tərcüməçimiz Əfqan bəyin nəyisə ona xatırlatmasından sonra yaddaşı “təzələndi”. Məlum oldu ki, qəhrəmanımızın az da olsa, Qarabağ, Xocalı, Ağdam haqqında təsəvvürü var. Buna da şükür!)
- Azərbaycan Reynaldonun gözündə necədir?
- Normal. Yaxşı komandalar var, çempionatda gərgin mübarizə gedir. Təəssüf ki, azarkeşlər azdır. Amma futboldankənar həyat barədə danışmağa dəyməz. Avropadan çox fərqlənir.
- Yaxşı, hələ ki, ölkəmizdə yaşamaq ürəyincə deyil. Bəs, klubdakı durum necə, səni qane edirmi?
- “Qarabağ”dakı vəziyyət isə ürəyimcədi. Komandada hər şey yaxşıdır. Hamımızın bir məqsədi var - çempion olmaq. Allahın köməyi ilə yəqin ki, məqsədimizə çatacağıq. Futbolçularla münasibətə gəlincə isə, həmişə bir-birimizə dəstək olmağa çalışırıq. Nəsə bir köməyə ehtiyacım olanda istər həmvətənlərim, istərsə də yerlilər dadıma çatır.
- Qurban Qurbanov haqda fikirlərin də maraqlı olar...
- Azərbaycana gəldiyim ilk günlər vəziyyətim o qədər də yaxşı deyildi. Dilini, adət-ənənəsini bilmədiyim bir yerdə dəstəyə ehtiyacım var idi və həmin dəstəyi ən çox Qurban Qurbanovdan gördüm. Həmişə mənimlə yaxından maraqlanır. Təkcə mənimlə yox, digər legionerlərlə də. Hərdən elə olub ki, dərdimi bölüşməyə adam tapmamışam. Bu halda da müraciət etdiyim tək adam Qurbanov olub. Artıq bir böyük kimi onunla hər bir problemimi müzakirə edə bilirəm. Həm istedadlı məşqçi, həm də gözəl insan kimi xətrini çox istəyirəm.
- Karyeranda ilk dəfə çempion olamağa yaxınsan. Çempionluğu kimə həsr edəcəksən?
- Gəl, əvvəldən proqnoz verməyək. Əvvəl çempion olmaq lazımdır. Çempionluğu həsr edəcək adamlar çoxdur.
- “Qarabağ”da futbolçulardan hansılar ilə daha sıx münasibətlərin var?
- Əsasən həmvətənlərimlə. Dil probleminə görə yerlilərlə o qədər də ünsiyyətdə ola bilmirəm. Amma hamısı yaxşı insanlardı. Bütün yerlilərlə dost olmaq istərdim.
- Azərbaycan millisindən təklif gəlsə, qəbul edərsən?
- Bu kimi söhbətləri eşidəndə mənə xoş olur. Sevinirəm ki, mənə qiymət, dəyər verirlər. İndiyə kimi heç bir rəsmi dəvət almamışam.
- Əgər olarsa?
- Azərbaycan millisindən dəvət alsam, sevinərəm. Dərhal müzakirələrə başlamaq olar.
- Əcnəbilərin əksəriyyəti pul müqabilində yığmada oynamağa razı olurlar. Sən necə, nə qədər pul tələb edərsən?
- Hamı pul haqqında fikirləşir. Bu, təbiidir. Amma puldan əlavə başqa nüanslar da var. Yaxşı oynayacağın, qol vuracağın təqdirdə adın daha çox hallanacaq, bir qədər də tanınacaqsan. Bu da gələcəkdə daha səviyyəli klublara keçmək üçün bir tramplin rolunu oynaya bilər. Real bir təklif olarsa, Azərbaycan millisində oynamağa razıyam. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində milliniz İtaliya ilə bir qrupda mübarizə aparacaq. Kim istəməz ki, Azərbaycan yığmasının heyətində İtaliyaya qarşı oynamasın....
- Və qol vursun...
- Əla olardı.
“MÜQAVİLƏ TƏKLİF OLUNSA, NİYƏ DƏ AZƏRBAYCANDA QALMAYIM?”
- Döymə həvəskarısan. Bədənindəki döymələrin mənası nədir?
- Tatunu xoşlayıram. Bakıya təzə gələndə hiss edirdim ki, çox adam döymələrimə diqqətlə baxır. İlk günlər onların marağı məni bir qədər narahat etsə də, sonradan öyrəşdim. Mənasına gəlincə, hər birinin anlamı var. Sol qolumda döymələrin sayı daha çoxdur. Onlardan biri katolik olduğumu ifadə edir. Qadın şəkli anam Jozefadır. Bundan başqa qızım Beatrisin və oğlum Edqarın adlarını qoluma döydürmüşəm. Biləyimdəki portuqal dilində yazılan sözlər isə duadır.
- Bəs, sağ biləyindəki telefon nömrəsini xatırladan rəqəmlər nədir?
- (Gülür). 29-04-69 - anamın doğum tarixidir.
- Heç atan haqqında döymə yoxdur...
- Düzdür, amma bu onu çox istəməməyim demək deyil. Anamı daha çox istəyirəm. Ananın yerini heç kim verə bilməz.
- Reynaldo, boynundakı döymə qaldı...
- O da duadır. Tərcümədə “Allah qorusun!” deməkdir.
- Deyəsən, bu gedişlə bədənində salamat yer qalmayacaq.
- Sayını artırmaq fikrim var. Nəsə əlamətdar bir hadisə olarsa. Belçikada bir dostum var. Döymələrin müəllifi odur. Bəzilərini dostum Bakıya gələndə döydürmüşəm.
- Döymələrdən əlavə qeyri-adi saç düzümü ilə də fərqlənirsən. Öz ideyandır, yoxsa bərbərinin?
- Öz ideyamdır. Belçikada olarkən saçlarım uzun idi. Hərdən də hörürdüm. Amma sonradan imicimi dəyişmək qərarına gəldim. Yeni saç düzümümü isə sadəcə “Reynaldo stili” adlandıra bilərsiniz.
- Bayaq dedin ki, katoliksən. Kilsəyə tez-tez gedirsən?
- Bakını yaxşı tanımadığımdan burada kilsəyə gedə bilməmişəm. Amma Belçikada və Braziliyada kilsəyə tez-tez gedirdim. Bizdə belə bir adət var. Katoliklər provaslavların kilsəsinə getmirlər. Bu üzdən Bakıdakı kilsələrin hansının katolik, hansının provaslav olduğunu da bilmirəm. Digər tərəfdən, ayinlər yəqin ki, portuqal dilində oxunmur. O üzdən kilsəyə getməyə tərəddüd edirəm. Əgər katolik kilsəsi varsa, yerini deyərsiniz. Bir dəfə məsciddə olmuşam. Əfqan (tərcüməçini göstərir - red.) Qəbələdə məni məscidə aparmışdı. Əvvəl elə bildim kilsədi. Sonradan Əfqan mənə məscid haqqında məlumat verdi. Kilsə ilə məscid çox oxşardı.
- Tərcüməçindən razısan?
- Yox (gülür). Əlbəttə, bu bir zarafatdır. Əfqan həm yaxşı insan, həm də öz işini bilən birisidir. Ondan çox razıyam.
- Azərbaycanda olan braziliyalılarla tez-tez əlaqə saxlayırsan?
- Əsasən oyun vaxtı görüşürük. Futboldan kənarda isə demək olar ki, əlaqə saxlamırıq. Buna vaxt da olmur. Əsasən “Qarabağ”dakı braziliyalılarla sıx ünsiyyətdəyəm.
- Messi, yoxsa Ronaldo?
- Ronaldo. Messi də güclü futbolçudur. Amma “Real” azarkeşi və Ronaldonun da portuqal olduğuna görə Ronaldo deyirəm. Ən çox pərəstiş etdiyim futbolçu isə həmvətənim Ronaldodur. “Yekədiş” həqiqənət fenomen idi.
- Səncə, Braziliya bu il çempion ola biləcək?
- Əlbəttə. Güclü yığmalar çoxdur, amma Braziliya onların hamısından üstündür.
- “Qarabağ”ın Avroliqada “Ayntraxt”la oyununu yaxşı xatırlayırsan. Deyilənlərə görə, həmin matçdan sonra səninlə bəzi klublar maraqlanırdı.
- Mənim də qulağıma belə söz-söhbətlər gəlib çatmışdı. Amma konkret təklif olmadı.
- Azərbaycanda nə qədər qalmağı düşünürsən?
- Bunu indidən demək çətindir. Azından “Qarabağ”la müqaviləm bitənə kimi buradayam. Sonradan normal müqavilə təklif olunsa, niyə də Azərbaycanda qalmayım?
- Maraqlıdır, Reynaldo boş vaxtlarında nə işlə məşğul olur?
- Əvvəllər bir qədər darıxdırıcı idi. Boş vaxtlarımı televizora baxmaqla, musiqi dinləməklə keçirirdim. Özü də braziliyalılar musiqiyə yüksək səslə qulaq asmağı sevir. Amma artıq ailəm yanımdadır. Boş vaxtlarımı onlarla keçirirəm.
- Azərbaycan musiqisini dinləyirsən?
- Düzü, yox.
- Ağzının dadını bilmirsən. Dad demişkən, bizim mətbəxdən xoşladığın yeməklər hansıdır?
- Yeməkləriniz xoşuma gəlir. Əsasən ət və düyüdən hazırlanan yeməklərə üstünlük verirəm. Kabab və adını unutduğum digər yeməklər də çox dadlıdır.
- Son sualım - Azərbaycandan gedərkən, buradan nəyi özün ilə aparmaq istəyərsən?
- Neftinizi.
Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- “Neftçi”nin muradı...
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- “Kəpəz” də Yevlaxa “köçür”
- Şahruddin limiti ləğv edənləri “bombaladı”: “Vəziyyət daha da pisləşəcək, tunelin sonunda işıq görmürəm”
- “Neftçi” - “İmişli” oyununun biletləri satışda
-
19:03
Karim Rossi: “Bilirdik ki, “Zirə”nin qapıçısı yerlə vurulan zərbələr zamanı çətinlik yaşayır”
-
18:12
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
-
17:36
Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olunub
-
16:53
“Dinamo” səfərdə qələbə qazandı
-
16:29
I Liqa klubunun futbolçusu 3 oyunluq cəzalandı
-
16:04
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
-
15:48
"Neftçi"nin legioneri milliyə dəvət aldı
-
15:37
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
-
15:25
AFFA 6 klubu cərimələdi
-
14:50
Cüdo Federasiyasının iki sosial layihəsi beynəlxalq mükafata namizəd göstərilib
-
14:12
Azərbaycan ilə Avstriya milli antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb
-
13:41
Türkiyə klubunda yeni baş məşqçi
-
13:09
Tanınmış güləşçilər Qarabağ Universitetində olublar
-
12:23
Qriqorçukun yeni klubu müəyyənləşdi
-
11:55
“Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
-
11:34
Rüstəm Əhmədzadə 100-ə çatdı
-
11:18
“Neftçi”nin baş məşqçisi 10-cu oldu
-
11:07
Azərbaycan çempionatında 18 ildən sonra
-
10:42
"Old Trafford"da "qol yağışı" VİDEO
-
10:29
Babək Quliyev UEFA-dan yeni təyinat alıb
-
10:16
"Roma"nın qələbəsi VİDEO
-
09:53
Kenan Piriç: “Əsəbləşirəm ki, bu cür xal itkisi ilə üzləşdik”
-
09:31
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
23:37
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
-
22:46
"Neftçi” - “Sumqayıt” matçında 4 qol VİDEO
-
22:00
Vernidub: "Mən sehrbaz deyiləm”
-
21:19
“Sumqayıt”ın məşqçisi: “60-cı dəqiqədən sonra oyunu ələ ala bildik”
-
20:53
"Neftçi" qələbəni əldən verdi
-
19:21
“Karvan-Yevlax” səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:45
Naxçıvanda voleybol üzrə "Suverenlik kuboku" keçiriləcək
-
18:18
"Neftçi" - "Sumqayıt": Heyətlər açıqlandı
-
17:32
Azərbaycanlı məşqçi faciəvi şəkildə vəfat edib
-
17:07
Saatlıda 5, Şəmkirdə 1 qol vuruldu
-
16:44
AFFA klubları soyur! - ARAŞDIRMA
-
16:29
Füzuli Məmmədov: “Matçın ədalətli nəticəsi bərabərlik idi”
-
16:13
Sumqayıtda Uşaq Paralimpiya Oyunları təşkil olunacaq
-
15:56
Stolüstü tennisçilərimiz Şarja şəhərində hazırlıq keçəcəklər
-
15:31
Bilyardın "Pool" növü üzrə Azərbaycan çempionatı keçirilib
-
15:20
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
-
15:08
II Liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
-
14:45
Azərbaycan klubu ölkə çempionatının oyununa çıxmaqdan imtina edib
-
14:27
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
-
14:12
"Real" "Alaves"i məğlub etdi VİDEO
-
13:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:33
Qurban Qurbanov: “18 ildir “Qarabağ”dayam və hər il hücumçu söhbəti olur”
-
13:09
"İnter"in qələbəsi VİDEO
-
12:46
“Traktor”dan əzmkar qələbə
-
12:28
"Yuventus" səfərdən 3 xalla qayıtdı VİDEO
-
12:11
Qurban Qurbanov ilin məşqçisi mükafatına qovuşdu
-
11:57
Premyer Liqamızda tarixi yubiley
16.12.2025
15.12.2025























