Ölkə futbolu
Mikayil Nərimanoğlu “216 min manat məsələsi”nə aydnliq gətirdi
Martın əvvəllərində AFFA 2013-cü ilin maliyyə hesabatını verdi. Hesabat zamanı qurumun rəsmi orqanı olan “Futbol dünyası” qəzetinin illik xərcinin 216 min 147 manat təşkil etməsi media nümayəndələri, o cümlədən bəndənizin təəccübünə səbəb olmuşdu. Araşdırma aparmaq qərarına gəldim və həftədə 3 dəfə nəşr olunan qəzetin illik nə qədər xərc tələb etdiyini hesabladım. Məlum oldu ki, 2500 tirajla nəşr olunan qəzetin təxminən 40 min manat mətbəə xərci var. Çap ən çox xərc tələb edən prosesdir. Nəyə görə 2500? Əldə etdiyim məlumata görə “Futbol dünyası”nın tirajı məhz bu qədərdi. Amma bilinməyən səbəbdən tiraj qəzetdə göstərilməyib. İşçilərin maaşlarını, vergi ödəmələrini, dəftərxana ləvazimatını, icarə haqqını, kommunal xərcləri və s. hesablayanda illik büdcə 100 min manatı keçməməlidir. Üstəlik, “Futbol dünyası” AFFA-nın inzibati binasında yerləşdiyindən icarə haqqı və kommunal xərclərdən azaddır. Götürək “Futbol dünyası”nın illik xərci maksimum 100 min manatdı. Bəs, yerdə qalan 116 min 147 manat nəyə xərclənib? Bununla bağlı AFFA-nın sözçüsü və eyni zamanda “Futbol dünyası”nın baş redaktoru Mikayıl Nərimanoğlu ilə görüşdüm. Müsahibim bu qədər məbləğin hara xərclənməsinə aydınlıq gətirməyə:
- Həmin məbləğin 42 min manatı qəzetin mətbəə xərclərinə, təxminən 29 min manatı sosial müdafiə fonduna, 12 min manatı 2012-ci ildən qalan qalıq borcların ödənilməsinə, 8 min manata yaxın hissəsi isə abunələrə sərf olunub. Bu elədi təxminən 90 min manat. Xırda-para digər xərcləri nəzərə almasaq, yerdə qalan 126 min manata yaxın məbləğ maaş, qonorar və ezamiyyə xərclərinə sərf olunub.
- Əvvəl gəlin mətbəə xərclərindən başlayaq. Qəzetin tirajı nə qədərdir?
- Müxtəlif olur. Elə olub ki qəzet 2500 tirajla nəşr olunub. 15 min tirajla çap olunan nömrələr də var.
- Bəs nəyə görə, tiraj göstərilmir. Məndə olan məlumata görə “Futbol dünyası”nın tirajı 2500 nüsxədir.
- Tirajın tez-tez dəyişməsinə görə.
- Amma bunun məsələyə heç bir dəxli yoxdur. Səhifə
də hər dəfə tirajı yazmaq məncə o qədər də vaxt aparmır. Bilirsiniz bunu nəyə görə söylədim? Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, qəzetlər tirajı göstərməməklə və süni şəkildə artırmaqla xərclərin çoxalmasına şərait yaradırlar. Bu, rentabelliyin azalmasına və vergi orqanların daha az məbləğ köçürüsməsi üçün edilir. Bundan başqa belə də ola bilər - tirajı süni şəkildə artırmaqla mətbəənin hesabına əlavə pul köçürülür və sonradan həmin pulun bir hissəsi redaksiyaya qaytarılır. Bu, əsasən dövlət orqanları tərəfindən maliyyələşən və xərcləri bank vasitəsilə ödəyən qəzetlərə aiddir...
- Belə hal “Futbol dünyası”nda ola bilməz. Əgər kimdəsə bu barədə fakt varsa, buyursun qoysun ortaya.
- Təəssüf ki, belə fakta əldə etmək demək olar ki, mümkün deyil. Bəlkə, 100 min manatdan çox pulun ezamiyyə xərclərinə ayrılmasından danışasınız?
- Bizim sporsorlarımız var. AFFA ilə müqavilə bağlananda ora belə bir bənd əlavə olunub ki, “Futbol dünyası”nda onların reklam bannerləri yerləşdiriləcək. Bu reklamlarla qəzet özünün xərcini ödəyə bilir. Həmin reklam pulları AFFA-nın hesabına köçürülür. Daha açıq izah edim. Bizim sporsonlarımız - Baksell, Atena, Coca-cola sporsorluq müqaviləsi bağlayanda qarşımızda belə bir tələb qoyub ki, onların keçirdikləri liqaların oyunlarından xəbərlər və fotoreportajlar qəzet səhifəsində yerləşdirilməlidi. Bunu etmək üçün işçilərimizi rayonlara ezamiyyətə göndəririk. Onların otel, nəqliyyat, yemək xərcləri hamısı qəzetin adına yazılır. Bu işləri görməyə xərcimiz çıxır, amma həmin sponsorun ödədiyi məbləğlə müqayisədə bu, çox azdır. Məsələn, Azərselin ödədiyi 524 min manat təxminən 24 mini görülən işin işıqlandırılması və lori dildə desək, sponsoru razı salmaq üçün onların gördüyü işlərin qəzet səhifəsində işıqlandırılmasına sərf olunur. Keçək əməkdaşlarımızın xarici ölkələrdəki ezamiyyətlərinə. Onların bütün xərcləri qəzetin adına yazılır. Bura nəqliyyat, viza, otel, ezamiyyə və s. xərclər daxildir. Məsələn, Coca-cola rayonlarda və paytaxtda keçirdiyi bütün tədbirlərdən reportajlar hazırlanmasını tələb edir. Bu, müqavilədə də öz əksini tapıb. Həftədə ən azı 2-3 yarışdan reportajlar hazırlayrıq. Başqa bir misal, Accesbank tələb edir ki, hər hansı yaş qrupu üzrə milli komandanın hansısa xarici ölkədə keçirdiyi təlim-məşq toplanışında futbolçuların geydiyi və üzərlərində bu bankın adı yazılmış formalarda keçirilən məşq proseslərini əks etdirən fotolar qəzetdə dərc olunsun. Bunun üçün məcbur olub ən azı bir əməkdaşımızı komanda ilə birgə həmin təlim-məşq toplanışına göndərək. Belə toplanışlar, o cümlədən rəsmi oyunların sayı haqqında yəqin ki, məlumatınız var. Hamısında da əməkdaşlarımızı material hazırlamaq üçün ezamiyyətə göndəririk. Hamısını hesablayanda nə qədər xərc lazım olduğunu görərsiniz. İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev “Futbol dünyası”na ayrılan məbləğin az olduğunu dedi. Çoxları bunu ironiya ilə qarşılasa da, bu, həqiqətdir.
- İşçilərin maaşları nə qədərdir? Çünki Sosial Müdafiə Fonduna ödənilən 29 min manat məbləğ bir qədər çox görünür?
- Müxtəlifdir. Orta hesabla 600-700 manatdır. Bir faktı da qeyd edim ki, bizdə 13-cü maaş da var. Ümumi maaşın 23 faizi dəyərində pul vəsaiti Sosial Müdafiə Fonduna keçirilir. 13 işçinin 13 ayda aldığı maaşları hesablayanda bu normal bir rəqəmdir.
- Mövzudan kənar bir sualım da var. AFFA-nın rəsmi orqanına klubların reklamlarının dərc olunması nə dərəcədə düzgündür?
- Düzdür, əvvəllər belə reklamlar var idi. Amma hazırda ancaq “Qarabağ”ın reklam banneri qalıb. Ona görə də klubdan bir qəpik də almırıq.
Söhbətdən də aydın oldu ki, 216 min pulun yarısından çoxu işçilərin maaşlarına və ezamiyyə xərclərinə sərf olunub. Bunun futbolumuzun inkişafına nə qədər xeyri dəyib-dəyməməyini deyə bilmərəm. Fakt budur ki, gələn ilki maliyyə hesabatında “Futbol dünyası”na ayrılan vəsaitin 300 min manatı keçəcəyini biləndə təəccüblənməyin. Axı, Rövnəq müəllim özü də demişdi ki, qəzetə ayrılan pul azdır.
Mikayıl müəllimlə söhbət zamanı bir məsələyə də aydınlıq gətirməyə çalışdım. Onlardan birincisi - ötən sayımızda yanvar ayında keçirilən Qranatkin turnirində və fevralda Latviyada təşkil olunan turnirdə iştirak edən və uğursuz nəticə qazanan U-17 millisinin üzvlərinin ezamiyyə xərclərini ala bilməməsi ilə bağlı “AFFA futbolçuların pulunu kəsir” başlıqlı yazı dərc etmişdik. Mikayıl müəllim keçən dəfə olduğu kimi bu dəfə də bütün səlahiyyətlərin baş məşqçidə olduğunu və onun təqdimatına əsasən futbolçulara ezamiyyə xərclərinin ödənildiyini bildirdi. Amma bizdə olan məlumata görə, həmin yaş qrupu üzrə millinin əcnəbi klublarda forma futbolçularına gələcəkdə hər hansı bir problem yaratmamaları üçün ezamiyyə xərcləri ödənilib. Məşqçi heyətinə də həmçinin. Düzdür, Mikayıl müəllim israrla bunun baş vermədiyini bildirsə də, baş məşqçinin nəticəyə görə özünü cəzalandırması heç ağlabatan hal deyil.
“Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























