9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Xəzər Lənkəran" - "Turan": 20-ci duel

 

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVI turunda “Turan”ın qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, Bakıda baş tutacaq qarşılaşma rəqiblər arasında sayca 20-ci – yubiley matç olacaq. Bunadək komandalar 18 dəfə çempionat, 1 dəfə kubokda qarşılaşıb.
 
Aprelin 13-də baş tutacaq qarşılaşmayadək “ağ-yaşıllar 13 dəfə rəqibini məğlub edib. Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, 4 matç heç-heçə başa çatıb. “Turan” isə cəmi 2 qələbə qazanıb. Bu matçlarda komanda 35 top vurub və 13-nü buraxıb.
 
Çempionatdakı 18 matçda isə 13 qələbə qazanan futbolçular 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmalardakı top fərqində komanda böyük üstünlüyə malikdir – 34:12.
 
19 matçdan 17-də rəqib qapısına yol tapan “Xəzər Lənkəran” cəmi 2 dəfə meydanı qolsuz tərk edib. Sonuncu belə matç 2006-cı ilin sentyabrın 23-də baş tutub. Son 14 görüşdə isə “Turan” qapısını quru saxlaya bilməyib. 
 
2004/05 07.09.2004 AÇ səfərdə 1:1
2004/05 06.04.2005 AÇ evdə 1:0
2005/06 11.12.2005 AÇ səfərdə 0:1
2005/06 14.05.2006 AÇ evdə 1:0
2006/07 23.09.2006 AÇ evdə 0:0
2006/07 12.05.2007 AÇ səfərdə 3:2
2007/08 16.09.2007 AÇ evdə 2:0
2007/08 27.04.2008 AÇ səfərdə 4:0
2008/09 13.09.2008 AÇ evdə 5:0
2008/09 21.02.2009 AÇ səfərdə 1:0
2009/10 12.09.2009 AÇ evdə 1:1
2009/10 13.12.2009 AÇ səfərdə 2:1
2010/11 23.10.2010 AÇ evdə 2:0
2010/11 04.12.2010 AÇ səfərdə 2:1
2011/12 20.08.2011 AÇ evdə 3:1
2011/12 07.03.2012 AÇ səfərdə 1:0
2012/13 29.09.2012 AÇ səfərdə 1:2
2012/13 28.11.2012 AK səfərdə   1:1, р.5:3
2012/13 17.02.2013 AÇ evdə 4:2

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31