30 May 2026, Şənbə
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
Minifutbol millimiz Fransaya qarşı
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi

Ölkə futbolu

Azərbaycan Premyer Liqası: son 10 ildə 7-ci dəfə

Azərbaycan Premyer Liqasının 23-cü turu heç-heçələrin çoxluğu ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, baş tutan 5 qarşılaşmadan dördündə bərabərlik qeydə alınıb. Yalnız “Sumqayıt”la “Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan sahibləri qalib gəlib.

Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə qeydə alınıb. “Neftçi”nin “Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi 13-cü turda da 1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə “sülh” qeydə alınmışdı.

2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə 7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri bərabərliklə nəticələnib. 2005/06 mövsümündə 11-ci, 2009/10 mövsümündə 21-ci, 25-ci və 29-cu, 2012/13 mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş keçirilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31