23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

Qadınlardan ibarət basketbol millimizin 6 üzvü ABŞ-də təhsil alacaq

Azərbaycanın qadınlardan ibarət milli komandasının 6 üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.

Futbolxeber.az saytına Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və idman karyeralarını ABŞ-də davam etdirəcəklər.

Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında təhsil alacaqlar.

Basketbolçuların ABŞ-də təhsil və idman fəaliyyətlərini davam etdirməsinin onların yeni mühitdə inkişafına, yerli basketbol sistemi ilə tanış olmasına və təcrübə qazanmasına imkan yaradacağı gözlənilir.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31