12 Sentyabr 2026, Şənbə
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğkub etdi
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da

Basketbol

U-16 yığmamız Avropa çempionatının B divizionunda beşinci olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol milli komandası FIBA U-16 Avropa çempionatının B divizionunda 5-ci yeri tutub.

Futbolxeber.az saytının Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, milli 5-7-ci yerlər uğrunda oyunlarda Bosniya və Herseqovina (78:65) və Kipr (70:58) yığmalarına qalib gəlib.

Dörd matçın 2-də uğur qazanan komanda qələbə göstəricisini 16.7 faizdən 50-yə yüksəldib.

Turnirin ən məhsuldar basketbolçusu Viktoriya Ulyanova olub. O, keçirdiyi 4 oyunda 68 xal (orta hesabla 17 xal) toplayıb. V.Ulyanova Bosniya və Herseqovina ilə matçda 34 xal və 10 ribaundla yaddaqalan performans göstərib. Aylin Niftəliyeva 4 oyunda 54 ribaund (orta hesabla 13,5) yığaraq bu göstərici üzrə turnirin lideri adını qazanıb. O, son iki qarşılaşmada ardıcıl double-double edib.

Aylin Əkbərzadə isə 37 məhsuldar ötürmə (orta hesabla 9,3) ilə B divizionu tarixinin yeni rekordunu müəyyənləşdirib. Basketbolçu Slovakiya ilə görüşdə 7, İsveçlə matçda 6, Bosniya və Herseqovina və Kiprlə oyunların hər birində isə 12 məhsuldar ötürmə müəllifi olub.

15 yaşlı Qalina Quşina yarışı orta hesabla 10,5 xalla başa vurub. O, Bosniya və Herseqovina ilə matçda 14, Kiprlə görüşdə isə 18 xal toplayaraq qələbədə xüsusi pay sahibi olub.

Qeyd edək ki, Azərbaycan millisi ötən il B divizionunda keçirdiyi 6 oyunun yalnız 1-də qalib gəlmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30