23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

Bakıda məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub.

Futbolxeber.az saytına BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər olmaqla 2 mərhələdən ibarət olan turnirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, eyni zamanda, gündəlik fəaliyyətlərini daha səmərəli qurmalarına dəstək olmaqdır.

Olimpiya sistemi üzrə keçirilən yarışlarda ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.

Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə ilə İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında çıxış edərək öz ifaları ilə gənc basketbolçuları qələbəyə səsləyiblər.

Respublika səviyyəli hakimlərin iştirak etdiyi turnirə mayın 5-də final oyunları ilə yekun vurulub. Final oyununda Nizami rayonunun basketbolçuları Binəqədi rayonunun komandası ilə görüşüblər. 16-13 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub. 3-cü yeri isə Yasamal rayonunun komandası tutub.

Turnirin qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31