8 Oktyabr 2026, Cümə axşamı
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Basketbol

Basketbol millilərimizin rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət millimiz B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar. Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komanda iyunun 7-də ilk matçını Bakı vaxtı ilə saat 21:45-də Maltaya, ikinci görüşünü isə 23:35-də Kosovoya qarşı keçirəcək.

Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı iyunun 7-də saat 23:10-da start götürəcək.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları iyunun 7-də Kosovonun Priştina şəhərində təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31