23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

"Abşeron" uduzdu

Azərbaycan Basketbol Liqasının VIII turunda "Sabah" "Abşeron"u məğlub edib.
 
Futbolxeber.az saytının məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan A qrupunun matçı Rimas Kurtinaytisin komandasının 94:71 hesablı qələbəsi ilə yekunlaşıb.
 
VIII turda bu gün daha iki oyun baş tutacaq. "Sərhədçi" İdman Mərkəzində saat 16:00-da "Naxçıvan"la "Sərhədçi" üz-üzə gələcək. "Lənkəran" isə evdə "Quba"nı qəbul edəcək. Bu görüş Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.
 
Qeyd edək ki, VIII turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31