24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Basketbol

"Şəki"nin baş məşqçisi: "Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi"

"Hakimlərin basketbolçumuzu oyundan çıxarması bizə motivasiya verdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç "Ordu"ya qarşı Azərbaycan Basketbol Liqasının VII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Türkiyəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: "Bu komanda ilə ilk matçdakı çatışmazlıqlarımız üzərində yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşdə 20 xal fərqlə uduzmuşduq. Bu gün isə xüsusən müdafiəyə çox diqqət ayırdıq və uğurlu olduq. Komandanın kapitanı Aleks Koldvell bizim üçün çox vacib oyunçudur. Hakimlər tərəfindən onun oyundan çıxarılması bir az haqsızlıq idi. Açığı, bu məqam bizə motivasiya verdi. Bundan sonra komanda daha əzmkar oynadı, əlindən gələni artıqlaması ilə etdi. Ehtiyatdakı bütün oyunçularımız hazır vəziyyətdə olmalıdır. Ehtiyat heyət şansımız çox yüksək deyil. Ona görə də ehtiyacımız olacağı halda, bir gün başqa oyunçumuz ulduza çevrilə bilər".
 
Qeyd edək ki, "Ordu" - "Şəki" qarşılaşması ikincilərin 80:74 hesablı qələbəsi ilə yekunlaşıb







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31