23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

“Rəqibin heyətinin geniş olması öz işini gördü”

“Rəqibin heyətinin geniş olması öz işini gördü”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqsının VII turunda "Gəncə" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis heyətdə dəyişiklik etmək üçün oyunçuların olmadığını qabardıb: "Təəssüf ki, yenə uduzduq. Yenə üç hissə mübarizə apardıq. Təbii ki, bunun səbəbi var. Rəqibin heyətinin geniş olması öz işini gördü. Bizim oyunçularımız yoruldu. Dəyişiklik etməyə də oyunçularımız yoxdur. Bu cür güclü rəqiblərlə görüşdə heç olmasa 6 legioner olsa, yaxşıdır. Bizdə bütün oyunçular yoruldu və ondan sonra hesabı qoruya bilmədik. "Gəncə" də yaxşı oynadı. Müdafiədə əla oynadılar. Çalışdıq, əlimizdən gələni etdik. Amma sonda yorğunluq sözünü dedi. Hər halda, işləməyə davam edəcəyik. Mövsümün əsas hissəsi qarşıdadır. Əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, B qrupunda baş tutan "Quba" - "Gəncə" görüşündə qonaqlar 95:78 hesablı qələbəyə sevinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31