27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Basketbol

"Bu oyun səhvlərimizi görmək üçün çox önəmli oldu"

"Gəncə" klubuna qarşı oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Ordu” klubunun amerikalı basketbolçusu İsiah Pope mövsümün startı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, çempionata inamlı başladıqlarını vurğulayıb: “Mənə elə gəlir ki, mövsümə inamlı başlamışıq. Düzdür, çoxları bizi qınayır ki, III turda “Gəncə”yə uduzduq. Ancaq fikrimcə, bu oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu. Yaxşı oynamaq üçün daha çox çalışmalı və irəli getməliyik. Ona görə də hesab edirəm ki, mövsümün əvvəli bizim üçün yaxşı keçir və növbəti matçlarda özümüzü oyun planında daha da inkişaf etdirəcəyik”.
 
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının III turunda baş tutan "Ordu" - "Gəncə" görüşü ikincilərin 82:61 hesablı qələbəsi ilə yekunlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31