23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

“Xırdalan”ın basketbolçusu: “Qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”

“Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Xırdalan”ın oyunçusu Nəcəf Babayev “Sumqayıt”a 100:90 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
Topladığı 21 xalla görüşün qəhrəmanlarından olan N.Babayev bu performansına görə sevindiyini söyləyib: “Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı çıxış etdi. Biz də komanda oyunu nümayiş etdirdik. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam”.
 
Qeyd edək ki, hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31