Basketbol
AÇ-2018 öncəsi yığma necə göründü?
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal” layihəsi çərçivəsində yazılarını davam etdirir. Layihəmizin bu dəfəki yazısı İranda keçirilən “4 Top Nations” turnirindəki çıxışa həsr olunub. Həm rəqib çalışdırıcıların, həm millimizin baş məşqçisi Joze Alesionun, eləcə də yığma üzvlərinin İsfahan sınağına verdiyi qiymətlə bu yazıda tanış ola bilərsiniz.
QISA XATIRLATMA
Dekabrın 2-dən 7-dək futzal üzrə Azərbaycan milli komandası İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” ənənəvi beynəlxaq turnirdə iştirak edib. Yığmamızla bərabər, yarışda meydan sahibi İran, Qazaxıstan və Rusiya milliləri mübarizə aparıb.
Azərbaycan yığması turnirdəki ilk görüşündə İranla heç-heçə edib - 3:3. Ertəsi günü millimiz minimal fərqlə ruslara uduzub - 3:4. Turnirdəki son matçında isə millimiz Qazaxıstanla bərabərə qalıb - 3:3. Yekunda Qazaxıstanı üstələyən Azərbaycan millisi 2 xalla turniri üçüncü pillədə başa vurub. Rusiya ikinci yeri tutduğu halda, yalnız Azərbaycanla görüşdə xal itirən İran milli yarışın qalibi adını qazanıb.
MİLLİMİZ RƏQİBLƏRİN GÖZÜNDƏ
Millimiz turnirdəki ilk matçında İranla üz-üzə gəldi. 3:3 hesabı ilə başa çatan görüşdən sonra rəqibin çalışdırıcısı Mohammad Nazemalsharieh deyib: “Futzalçılarım millinin heyətinə yorğun gəlmişdilər. Üstəlik, bir neçə gənc oyunçunu da yoxlamaq qərarına gəldik. Azərbaycan görüşdə müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işlədik. Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış etdik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Buna görə də belə səhvlərə yol vermək olmaz”.

İkinci matçında millimiz Rusiya ilə üz-üzə gəldi. Daim ruslarla görüşdə çətinlik üzləşən Azərbaycan yığması bu dəfə də “ənənə”sinə sadiq qaldı. 3:4 hesablı yenilgi millimizin İsfahandakı yeganə məğlubiyyəti idi. Rusların çalışdırıcı Azərbaycana qarşı keçirdikləri görüş barədə bunları söyləyib: “Azərbaycan oyunumuz həqiqətən də maraqlı alındı. Oyunun gedişində həm biz, həm də rəqib üstünlük əldə etdi. Ancaq Azərbaycanın 5 meydan oyunçusu ilə yaxşı çıxış etdiyini bildirdik. Hətta bir gün əvvəl 5 oyunçu ilə çıxış etdikləri zaman İran millisinə qol vurduqlarını da görmüşdük. Bunun qarşısını almaq istəyirdik. Təəssüf ki, tam istəyimizə nail ola bilmədik, çünki bizə də belə vəziyyətdə qol vurdular. Azərbaycana qarşı maksimum gücümüzdən istifadə etdik. Bərabər səviyyəli oyun keçdi, nəticəni son anda epizodları dəqiq tamamlayan komanda müəyyənləşdirdi. Azərbaycana qarşı oyunumuzdan razıyam”.
Turnirdəki son matçda da millimiz meydandan heç-heçə ilə ayrıldı. 3:3-lük bərabərlikdən sonra Qazaxıstan millisinin baş məşqçisi Kakaunun fikirləri belə oldu: “Çox ağır qarşılaşma keçirdik Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi. Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı”.
JOZE ALESİO: “BU TURNİR BİZİM ÜÇÜN ƏLA SINAQ OLDU”
Millimizin baş məşqçisi Joze Alesio İranla görüş barədə: “İsfanaha turnirdən bir gün əvvəl yollanmışdıq. Burada ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu demişdim. Təbii ki, bunu bəhanə kimi qeyd etmədim. İrana qarşı maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Qalib aşkarlanmasa da, futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır”.
Braziliyalı mütəxəssis Rusiyaya 3:4 hesabı ilə uduzduğumuz görüşlə bağlı deyib: “Maraqlı oyun izlədik. Birinci hissədə hər iki komandanın bir neçə epizodda hesabı dəyişmək üçün şansları oldu. Amma rəqib bu imkanlardan daha yaxşı istifadə etdi. İkinci hissədə oyunumuzu bir qədər dəyişdik və hesabı bərabərləşdirdik. Ardıcıl səhvlərimiz oldu və Rusiya kimi rəqib belə səhvləri bağışlamır. Ümumi götürdükdə, hər iki komanda yaxşı çıxış etdi”.

Son matçıdakı çıxışı isə yığmamızın çalışdırıcısı belə dəyərləndirib:
“Bir gün əvvəl oyunçularıma bizi çətin oyunun gözlədiyini demişdim. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.
QABRİEL BARQOS: “VACİB OLAN AVROPA ÇEMPİONATINDA UĞUR QAZANMAQDIR”
İsfahandakı turnirdə Azərbaycan millisinin heyətində debütb edən oyunçulardan biri də Qabriel Barqos oldu. “Araz”ın da formasını geyən braziliyalı oyunçu yığmamızdakı debütunu belə xarakterizə edib: “Debütüm çətin bir rəqiblə oyunda alındı. İran millisinin necə rəqib olduğunu bilirdik. Onlara qarşı çox çətin, ağır oyun keçirdik. Yaxşı oynadığımızı düşünürəm. Meydanın örtüyünün də təsirini danmaq olmaz, üstəlik, hakimlər də meydan sahiblərini təmsil edən ölkədən idilər. Komandada işlər düzgün istiqamətdə qurulub. Bir qədər vaxta ehtiyacımız var ki, baş məşqçinin istədiklərini tam şəkildə tətbiq edə bilək”.

Barqos millimizdəki debüt oyununu qolla qeyd edib: “Əlbəttə, ilk qolumu vurduğum üçün sevinməmək mümkün deyil. Hər bir qol komandanın zəhmətinin bəhrəsidir. Mənim üçün əla başlağıc oldu. Nəticəni də normal qarşılayıram. Buradaki rəqiblərimizin kimliyini unutmaq olmaz”.
Millimizin debütantı İranla matçda hakim ədalətsizliyi ilə üzləşdiklərini bildirib: “Matçı iranlı hakimlər idarə edirdilər. Ona görə də ədalətli idarəçilik olmadı. Onlar öz komandalarının xeyrinə qərarlar qəbul edirdilər. Təbii ki, bu da bizi əsəbləşdirirdi. Oyunu gərginləşdirən məqamlardan biri də düzgün idarəçiliyin olmaması idi. Rusyaya qarşı oyunumuz çətin alındı. Onların geniş heyəti var. Bu turnir bir sınaq idi. Baş məşqçi komandanın gücünü yoxladı. Vacib olan Avropa çempionatında uğur qazanmaqdır”.
KAPİTAN: “NƏ QƏDƏR BELƏ GÜCLÜ RƏQİBLƏRLƏ QARŞILAŞSAQ, FAYDASINI GÖRƏCƏYİK”
Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev söhbətə Qazaxıstanla oyundan başlayıb. Son matçda millimiz fasiləyə 2:0 hesabı ilə öndə yollansa da, ikinci yarıda qapısında ardıcıl 3 qol görüb: “Oyunumuz gərgin keçdi. Amma yaxşı başlamışdıq. İkinci hissədə isə davamını gətirə bilmədik. Yorğunluq və səhvlərimiz nəticəsində rəqib hesabı xeyrinə dəyişdi. Son dəqiqədə məğlubiyyətdən qaça bildik, hətta qələbə qazanmaq da mümkün idi. Bizim üçün vacib turnir idi. Nə qədər belə güclü rəqiblərlə qarşılaşsaq, ancaq faydasını görəcəyik. Rəqiblərimizin hamısı dünya futzalında sayılıb-seçilən yığmalardandır”.

Fərzəliyev yığmamızın turnirdəki çıxışını belə dəyərləndirib: “Hər 3 oyun bizim üçün vacib idi. Biz belə turnirlərdə az iştirak edirik. İran tərəfinə dəvətə görə təşəkkür edirik. İlk oyunda İranı uda bilərdik. Rəqibimiz sonda turnirin qalibi olmaqla gücünü göstərdi. Rusiya ilə qarşılaşmada isə üstünlük qazanağa yaxın idik. Ancaq səhvlərimiz buna imkan vermədi. Qazaxıstanla oyun da həmçinin. Avropa çempionatı üçün yaxşı sınaq oldu. Səhvlərimizi aradan qaldırmalıyıq. Xüsusən müdafiədə səhvlər etdik və boşluqlara yol verdik”.
Yığmamızın kapitanı Avropa çempionatı öncəsi ümidlidir: “İrandakı turnirdə göstərilən oyun gələcəyə ümid verir. Komandada özünəinam artıb. Nəticələrimiz də bunu deməyə əsas verir”.
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Şeydayevin yeni klubu müəyyənləşdi
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
- Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:54
“Turan Tovuz” “Şamaxı”ya, “Neftçi” “Araz-Naxçıvan”a qarşı
-
10:42
"Real" sonda sevindi VİDEO
-
10:29
Yeniyetmə cüdoçularımız dünya çempionatını 2 medalla başa vurublar
-
10:13
"Tottenhem"dən böyük hesablı məğlubiyyət VİDEO
-
09:51
Rüfətin komandası mövsümə məğlubiyyətlə başladı
-
09:30
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi VİDEO
-
23:52
Rəşad Sadıqov: “5-6 futbolçu ilə danışıqlar aparırıq”
-
23:40
"Zirə" "İmişli"ni məğlub etdi
-
23:37
"Zirə" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:19
Güləşçimiz U-20 dünya çempionatının finalına yüksəlib
-
18:33
Azərbaycan kanoeçisi Polşada dünya çempionatında iştirak edəcək
-
14:00
Leyla Parşkova "Murov Az Terminal"a transfer olunub
-
13:24
"LANDAU Lions"da yeni müqavilə
-
12:47
Gürcüstan millisinin üzvü "Sevilya"da
-
11:15
“Arsenal”dan mövsümə uğurlu start VİDEO
-
10:56
Daan Rots: “Qarabağ”la oyuna başı dik getməliyik”
-
10:31
"Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
Toral oynadı, “Bursaspor” uduzdu
-
09:29
Ronaldo yeni mövsümdə qol hesabını açdı
-
09:13
Cəlal Hüseynovun komandası məğlub oldu
-
00:34
Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynadı
-
19:18
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
18:30
“Qaradağ Lökbatan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
17:55
II turun hakim təyinatları açıqlandı
-
17:27
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
-
17:02
“Yuventus” onunla müqaviləyə xitam verdi
-
16:46
Millidə yeni baş məşqçi
-
16:18
Fuad Ağayev Avropa çempionatında hakimlik edəcək
-
15:39
"Sabah" - "Hapoel" oyununa 15 min bilet satılıb
-
14:54
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
-
14:23
“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”
-
14:01
Millimizin 3 futbolçusu Türkiyə klubu ilə müqavilə müddətini uzadıb
-
13:48
Azərbaycanın paragüllə atıcıları dünya çempionatına Bakıda hazırlaşırlar
-
13:30
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
-
13:15
Boksçumuz Avropa çempionatının finalında
-
12:57
Azərbaycan klublarından rekord
-
12:42
Sonuncu mogikan və 7 ay əvvəl yazılanların təsdiqi
-
12:26
Kadi Konfrans Liqasında rekordçu oldu
-
11:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:18
"Qarabağ"ın qələbəsi VİDEO
-
11:04
“Zirə” legionerini Kamboca klubuna satdı
-
10:51
"Malmö" Sumanı icarəyə verdi
23.08.2026
22.08.2026
21.08.2026
























