23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

AVRO-2016: “Bakıda Avropanın yox, dünyanın ən güclülərinə qarşı oynadıq”

“Belə oyunlarda 1 top çox şeyi həll edir. Bu gün də biz həmin qolu vura bilmədik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Serbiyanın U-17 millisinin baş məşqçisi İlija Stolika deyib.

Bakıda keçirilən Avropa çempionatının üçüncü turunda Hollandiyaya 0:2 hesabı ilə uduzan Serbiya yığması qrupda qalıb. Bu nəticəyə baxmayaraq, Stolika komandasının çıxışından razı qaldığını qeyd edib: “Bütün çempionatı nəzərə alsaq, komandamdan razıyam. Futbolçularım sübut etdilər ki, hər bir komandaya qarşı başabaş oynaya bilərlər. Burada Avropanın yox, dünyanın ən güclülərinə qarşı oynadıq. Futbolda kim uğur qazanırsa, deməli, o da güclüdür. Biz çox söz deyə bilərik. Lakin tarixdə nəticə qalır”.

Serbiya millisinin çalışdırıcısı təşkilatçılıqdan razılığını ifadə edib: “Təşkilatçılıqdan çox razıyam. Burada özümüzü evdəki kimi hiss etdik. Düşünürəm ki, nə vaxtsa yenidən Bakıya qayıdacağıq”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31