23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Basketbol

AVRO-2016: “Hakimin qərarından sonra komandam “sındı”

“Məqsədimiz İngiltərəyə qalib gəlmək idi. 3 xal qazanmaq istəyirdik. Bu halda somn turda taleyimiz öz əlimizdə olacaqdı. Amma təəssüflər olsun ki, çox vacib olan görüşdü uduzduq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Fransanın U-17 yığmasının başç məşqçisi Bernard Diomede deyib.

O, İngiltərə ilə matçın gedişində azlıqda qalmalarına da münasibət bildirib: “Penalti epizodunun təkrarına baxdıq. Bilirik ki, hakimlərin də işi çox çətindir. Amma hakimin qərarı bizim üçün ikiqat zərbə oldu. Həm qırmızı, həm də penalti. Bu qərardan sonra komandam həyəcanlandı, ruhdan düşdü, “sındı”.

Fransa yığmasının baş məşqçisi son tur öncəsi şanslarını belə dəyərləndirib: “Bəli, Fransa millisi son çempiondur. Amma unutmayın ki, geridə qalan müddətdə komandamızın məşqçi və futbolçu heyəti dəyişib. Hazırda çətin vəziyyətdəyik. Bununla belə, məqsədimiz yenə də 1/4 finala adlamaqdır. Şansımız az olsa da, ümidimizi itirmirik”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31