24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Basketbol

İtaliyaya qol vuran futbolçu Bakının istisindən gileyləndi: “Çox yoruldum”

“Bizim üçün çox ağır oyun idi. Həm biz, həm də İtaliya yaxşı oynadı. Yekunda qalib gəldiyimiz üçün şadıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri Hollandiyanın U-17 millisinin üzvü Çe Nunneli deyib.

Bu gün vurduğu qolla komandasına qələbə qazandıran futbolçu, Bakının istisindən də söz açıb: “Hava çox isti idi. Matçın gedişində yoruldum. Amma qələbə qazanmaq kimi vacib məqsədimiz var idi. Buna görə də sona kimi irəli getdik. Sonda da məqsədimizə çatdıq”.

Hollandiya yığmasının gələcəkdə çıxış etmək istədiyi klubun adını da açıqlayıb: “Mənim sevimli klubum “Real”dı. Gələcəkdə necə olacağını zaman göstərəcək. Amma hazırda “Ayaks”da forma geyirəm və bundan tam razıyam. Bu klubda özümü yaxşı hiss edirəm”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31