28 Dekabr 2025, Bazar günü
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət
II Liqanın bombardirləri açıqlandı
"Zirə"nin hazırlıq planı bilindi

Basketbol

Ukraynanın baş məşqçisi: “Çox sevinsəm, mayın 12-si Bakını tərk etməli olacağıq”

Ukraynanın U-17 millisinin baş məşqçisi Aleksandr Petrakov Almaniya ilə görüşdən sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Avropa çempionatının ilk turunda Almaniyaya qarşı baş tutan görüş haqda nə deyə bilərsiz?

- Nə deyim? Oyun 2:2 hesabı ilə başa çatdı. Nəticədən razə deyiləm. Biz 2 xal itirdik.

- Almaniyanın baş məşqçisi qeyd etdi ki, Ukraynanın bu gün bəxti gətirdi. Razısız bu fikirlə?

- “Atletiko”nun da bəxti gətirmişdi? Mən oyuna uyğun taktika seçmişdim. Onda olan şərait məndə yoxdur. Bu, futboldur və hərə özünə sərf edən kimi oynayır.

- Qrup mərhələsinə xal itkisi ilə başladınız. 1/4 finala adlamaq şansınızı necə dəyərləndirirsiz?

- Bunu yalnız Allah bilir.

- Əvvəlki müsahibələrinizdə yüksək əhval ruhiyyədə olurduz. Amma Almaniya ilə oyundan sonra çox əsəbi görünürsüz. Buna səbəb komandanızın qələbəni əldən verməsidir?

- Çox məyusam. Buna görə sevinə bilmərəm. Heç nədən səhv etdik və rəqib qapımıza qurdu. Çox sevinsəm, ayın 12-si Bakını tərk etməli olacağıq. Paytaxtınızı çox sevirəm, hələ ki vətənimə qayıtmaq istəmirəm.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31