22 Yanvar 2026, Cümə axşamı
Zubir: “10 xal inanılmaz göstəricidir”
"Qarabağ"da fantastik qələbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək

Basketbol

Kapitanımız azarkeşlərə səsləndi: “Portuqaliya ilə oyunda hamınızı gözləyirik”

U-17 millimizin kapitanı Elçin Əsədov Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatında Portuqaliyaya qarşı keçirəcəyiniz oyuna artıq saatlar qalıb. Hazırda komandada vəziyyət necədir?

- Bütün komanda oyuna köklənib. Turnirə çox ciddi hazırlaşmışıq. Sabahkı oyunda məqsədimiz qələbə qazanmaqdır.

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsən?

- Portuqaliyanın gücü hamıya məlumdur. Buna görə də bir qədər qapalı sistemdə oynayacağıq. Məqsədimiz inamlı oyun göstərib, qalib gəlməkdir.

- Bir müddət əvvəl zədədən əziyyət çəkirdin. Hazırda vəziyyətin necədir?

- Zədəm yüngül idi. Həkimlərimizin sayəsində artıq heç bir problem yoxdur. Meydana çıxmağa tam hazıram.

- Təbriz Həsənov sizi çətin sınağa necə hazırlayır?

- Komanda şəklində, eləcə də olaraq söhbətlər olur. Psixoloji cəhətdən baş məşqçimiz bizi görüşlərə çox yaxşı hazırlayır.

- Konkret olaraq nə deyir?

- Rəqibdən çəkinməməyimizi istəyir. Qeyd edir ki, öz oyunumuzu sərgiləsək, istədiyimiz nəticəni qazana bilərik.

- Çoxları sabahkı görüşün favoriti kimi Portuqaliyanı göstərir. Bu məqam sizdə qıcıq yaradır?

- Bəli, rəqibimiz güclüdür. Bunu bilsək də, rəqibdən qorxumuruq. Futbolda sürpriz nəticələr tez-tez qeydə alınır. 17 yaşlıların mübarizəsində isə hər şey mümkündür.

- Komandanın kapitanı olaraq azarkeşlərə nə demək istərdin?

- Bilsinlər ki, biz meydanda canımızı qoyacağıq, əlimizdən gələni edəcəyik. Portuqaliya ilə oyunda hamını stadionda gözləyirik.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31