22 Yanvar 2026, Cümə axşamı
Zubir: “10 xal inanılmaz göstəricidir”
"Qarabağ"da fantastik qələbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək

Basketbol

Patrik Kluyvertin oğlu: “Atam dedi ki, Bakıda ayaqlarıvın danışmasına imkan ver”

“Bakıda keçiriləcək Avropa çempionatında bütün komandalar güclüdür. Bizim də yaxşı heyətimiz var, güclü futbolçulara sahibik”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri 17 yaşadək futbolçulardan ibarət Hollandiya yığmasının üzvü Castin Kluyvert deyib.

Məşhur futbolçu Patrik Kluyvertin oğlu olan gənc istedad Bakıda keçiriləcək Avropa çempionatından öncə atasından məsləhət aldığını qeyd edib: “Bu, karyeramda ilk böyük turnirdir. Səfərə çıxmamışdan öncə atamla danışdıq. O mənə dedi ki, özünə inan, ayaqlarıvın danışmasına imkan ver”.

Oğul Kluyvert gələcəkdə İngiltərədə çıxış etmək istədiyini vurğulayıb: “Hədəfim Premyer Liqada forma geyməkdir. Nə vaxtsa atam kimi “Barselona”da da oynamaq istərdim”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31