19 Noyabr 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Digər idman növləri

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

"Eurosport" telekanalının Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard Azərbaycan Velosiped İdmanı Federasiyasında olublar.

Qonaqları salamlayan qurumun birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, "Eurosport" telekanalı uzun illərdir AzVİF-in etibarlı tərəfdaşlarından biridir.

Azərbaycanda keçirilən beynəlxalq velosiped yarışlarının rəsmi yayımçısı olan telekanal vasitəsilə ölkəmizdə təşkil olunan yarışlar dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya təqdim edilib, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı da "Eurosport" televiziya kanalı vasitəsilə dünyanın 190 ölkəsində 19 dildə yayımlanıb.

"Eurosport" telekanalının nümayəndələri ölkəmizdə keçirilən velosiped yarışlarının yüksək təşkilatçılıq səviyyəsini müsbət qiymətləndirərək, Azərbaycanla əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib.

Qonaqlar Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanışlıqdan sonra velosiped muzeyinə baş çəkərək, Azərbaycanda velosiped idmanının tarixi və inkişaf yolu ilə tanış olublar.

Səfər çərçivəsində onlar gənclər və idman naziri Fərid Qayıbovla, Bakı Media Mərkəzinin və "Sea Breeze"in rəhbər şəxsləri ilə görüşlər keçiriblər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30