30 Avqust 2026, Bazar günü
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Xarici futbol

ÇL: PSJ və "Atletiko" yarımfinalda

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

"Atletiko" 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi "Barselona"ya öz meydanında uduzsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb.

Madrid təmsilçisi yarımfinalda "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) duelinin üstün qalibi ilə üz-üzə gələcək.

"Liverpul" isə öz meydanında PSJ-ni sınağa çəkib. Paris klubu ilk görüşdə olduğu kimi, cavab matçında da ingilislərdən üstün olub. PSJ 1/2 finalda "Bavariya" (Almaniya) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü sabah baş tutacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2

Qollar: Dembele, 72, 90+1

İlk oyun - 0:2

"Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Lukman, 31 - Yamal, 4, Torres, 24

Qırmızı vərəqə: Qarsiya, 79 ("Barselona")

İlk oyun - 2:0

15 aprel

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31