26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Xarici futbol

“Pakş”ın baş məşqçisi: “Sumqayıt” futbol oynamaq istəyirdi, bu da işimizə yaradı”

Macarıstanın “Pakş” klubunun baş məşqçisi Dyord Boqnar “Sumqayıt”a qarşı keçirdikləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis komandasının performansından razı qaldığını bildirib:

“Bütün hücumçularımızın qol vurması, özü də bunu məhz açıq hücumdan etmələri sevindirici haldır. Rəqib futbol oynamaq, topu geridən çıxarmaq istəyirdi. Bu isə pressinq taktikasını məşq etməyimiz baxımdan bizim üçün xüsusilə əlverişli oldu. Rəqib meydançasında xeyli top qazandıq və demək olar ki, qol epizodlarımızın əksəriyyətini bu yolla yaratdıq”.

O, komandanın hazırlıq prosesinə də toxunub: “Bu yoxlama matçı həm fiziki yüklənmə, həm də oyun planında hazırlığa əla xidmət etdi. Əlbəttə, fərdi planda oyunçulardan daha yaxşı qərarlar gözləyə bilərik, lakin bunu ilk günlərdən gözləmək doğru olmaz.”

Xatırladaq ki, Türkiyədə baş tutan görüş “Sumqayıt”ın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31