21 Sentyabr 2026, Bazar ertəsi
"Neftçi"dən yubiley qələbəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da

Xarici futbol

Juninyo bu kluba satılır

Braziliyanın “Flamenqo” klubu hücumçusu Juninyonu satmağa hazırlaşır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Globo” nəşri yazıb.

Bildirilir ki, Rio təmsilçisi transferlə bağlı Meksikanın “Pumas” klubuyla razılaşdırmağa yaxındır. Müqavilənin məbləği 5 milyon avro təşkil edir. Bu, “Flamenqo”nun ilin əvvəlində futbolçunu Azərbaycanın “Qarabağ” klubundan transfer edərkən ödədiyi məbləğlə eynidir.

Məlumata görə, razılaşma demək olar ki, yekunlaşıb, lakin hələlik “Flamenqo” rəhbərliyinin son təsdiqi gözlənilir. Klub rəsmi təklifi şənbə günü səhər saatlarında alıb. Juninyoya başqa təkliflər də olub, lakin “Pumas”ın variantı “Flamenqo”nu daha çox qane edib və klub bu keçidə müsbət yanaşıb.

Hazırda futbolçu komandayla birlikdə Qətərdədir və klublararası qitələrarası kubokda iştirak edir. Qərarın bazar günü verilməsi gözlənilir. Klub təklif olunan şərtlərdən razı qaldığına görə satışın rəsmiləşməsi ehtimalı yüksəkdir. Meksika təmsilçisi ödənişi hissə-hissə etməyi təklif edib.

Qeyd edək ki, Juninyo  “Flamenqo”da özünü doğrulda bilməyib. O, mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30