4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Özbəkistan millisi DÇ-2026-da

Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, özbəklər seçmə mərhələnin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə Özbəkistan olub (9 oyundan 18 xal).

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31