12 Iyun 2026, Cümə
Amin Seydiyev “Zirə”yə keçdi
Millimiz FİFA reytinqində gerilədi
Pedro Bikalyo daha üç il "Qarabağ"da
"Zirə"də beş yeni müqavilə - RƏSMİ

Xarici futbol

Zubir “Qarabağ”da 300-cü oyununu keçirib

Abdullah Zubir “Qarabağ”da 300-cü oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/2019 mövsümündən “Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Zubir 7 il ərzində 179 çempionat (46 qol), 23 kubok (5 qol) və 98 avrokubok (15 qol) qarşılaşmasında iştirak edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30