4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Çerçesov istefaya göndərildi

Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi vəzifasini tərk edib. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib.
 
Tərəflərin qarşılıqlı qərarı ilə müqaviləyı xitam verilib. Çerçesovla yanaşı, onun bütün məşqçilər korpusu da işdən çıxarılıb.
 
“Qazaxıstan Futbol Federasiyası Stanislav Salamoviçə və onun əməkdaşlarına görülən işlərə görə təşəkkür edir, karyerasında gələcək uğurlar arzulayır! Futbol üzrə milli komandanın yeni baş məşqçisinin namizədliyinə baxılır”, - deyə rəsmi məlumatda bildirilib.
 
Xatırladaq ki, Çerçesov Qazaxıstan millisi ilə Millətlər Liqasında 6 oyun keçirib və uğursuzsuz nəticə göstərib - 5 məğlubiyyət, 1 heç-heçə. 
 
O, əvvəllər Rusiya millisini, eləcə də bir sıra Rusiya və xarici klubları çalışdırıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31