8 Dekabr 2025, Bazar ertəsi
“Zirə” “Qarabağ”la heç-heçə etdi
DÇ-2026-nın püşkü atıldı (YENİLƏNİB)
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”

Xarici futbol

Zamiq və sabiq “Sumqayıt”lı sonda sevindi

Albaniya çempionatında 20-ci turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Laçi”ni qəbul edib.

90-cı dəqiqədə Soumaila Bakayokonun vurduğu qol həmyerlimizin komandasına 1:0 hesablı qələbə qazandırıb.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq Əliyev 90-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana çıxıb.

Bu matçda “Eqnatia”nın heyətində qış fasiləsində “Sumqayıt”dan ayrılan Fernando Medeyros da debüt edib. Zamiq kimi o da matça ehtiyadan başlasa da, 69-cu dəqiqədə Arbin Zejnullainin əvəzinə oyuna qoşulub.

Minimal hesablı qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Eqnatia” turnir cədvəlində dördüncü yeri tutur. Lider “Dinamo Tirana” və ikinci pillədəki “Vilaznia” 34 xala malikdirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31