6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Zamiqin komandası uduzdu

Albaniya çempionatında 18-cü turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə “Tueta”nın qonağı olub. Matç həmyerlimizin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Eqnatiya” 90-cı dəqiqədə penaltini qaçırmaqla 1 xal qazanmaq şansını boşa verib.

Zamiq Əliyev əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

18 turdan sonra 30 xal toplayan "Eqnatiya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Zamiqin komandası lider “Dinamo Tirana” və ikinci pillədəki “Vilaznia”dan cəmi 1 xal geri qalır. Üçüncü yerdəki “Partizani”nin də 30 xalı var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31