9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

İngiltərə əzmkar qələbə ilə şansını millimizlə oyuna saxladı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı F qrupunda bir oyun keçirilib. 
 
Futbolxeber.az saytının məlumatıan görə, qrup lideri Ukrayna səfərdə İngiltərənin qonağı olub. Matçda hesabı açan tərəf Ukrayna yığması olsa da, meydan sahibləri sona yaxın 2 qol vurmaqla qələbə qazanıblar. 
 
İngiltərə (U-21) - Ukrayna (U-21) - 2:1
Qollar: Taras Mikavko, 71 (0:1), Ceyms MkAtee, 88 (1:1); 90+2 (2:1)
 
9-cu oyunda ilk məğlubiyyətini almasına baxmayaraq, Ukrayna millisi hələ də 24 xalla qrup lideridir. İngiltərə isə 22 xalla ikincidir. 
 
Qrup qalibini müəyyənləşdirəcək son turda İngiltərə millisi oktyabrın 15-də Azərbaycan yığmasını qəbul edəcək. Ukrayna isə səfərdə Serbiyanın qonağı olacaq. 
 
Hazırda Azərbaycan millisi 3 xalla qrupda sonuncudur. Gənclər yığmamız İngiltərədən əvvəl bu gün Şimali İrlandiyanın qonağı olacaq. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31