6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

"Fənərbaxça"nın sabiq hücumçusu güllələndi

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçus Sərhat Akın silahlı hücuma məruz qalıb.

Futbolxeber.az saytının məlumatına görə, idman şərhçisi olan keçmiş hücumçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Veteran futbolçu efirdən sonra küçədə silahlı şəxs və ya şəxslər tərəfindən hücuma məruz qalıb. Ayağından güllələnən keçmiş futbolçu xəstəxanaya aparılıb. O, durumunun yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Sərhat Akın 2000-2005-ci illərdə “Fənərbaxça”da oynayıb. O, Türkiyə yığmasında 16 oyuna çıxıb və 3 qol vurub. "Fənərbaxça"da 3 çempionluq qazanan Akın İstanbul klubunda 154 oyun keçirib və 49 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31