5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Xarici futbol

Harri Keyn rəsmən "Bavariya"

Harri Keynin "Tottenhem"dən gedişi rəsmiləşib.

Futbolxeber.az saytının məlumatına görə, ingilis forvard gözlənildiyi kimi, karyerasını "Bavariya"da davam etdirəcək.

Keyn Münhen klubu ilə 4 illik müqavilə imzalayıb. O, "Bavariya"da 9 nömrəli formada çıxış edəcək.

Bundesliqa təmsilçisinin bu keçid üçün “Tottenhem”ə 100 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, İngiltərə millisinin üzvü "Tottenhem"in yetirməsidir. O, bu komanda ilə ümumilikdə 317 oyuna 213 qol vurub. Keyn müxtəli illərdə İngiltərənin "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" klublarında oynayıb. 30 yaşlı forvard ilk dəfə legioner həyatı yaşayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30