8 May 2026, Cümə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

“Tuhelin gəlişindən sonra “Bavariya”nın vəziyyəti daha da pisləşib”

Almaniya millisinin sabiq üzvü Ditmar Hamann “Bavariya”nın yeni baş məşqçisi Tomas Tuheli tənqid edib.

Futbolxeber.az saytının məlumatına görə, veteran yarımmüdafiəçi “Sky90”ın efirində bildirib ki, Tuhelin gəlişi ilə “Bavariya” geriləyib:

“Klub rəhbərliyi düzgün qərar qəbul etməyə bilər. Lakin məşqçi də özünü gülünc duruma salıb. Əgər Tuhel çempionluğu da əldən versə, o zaman dəqiq vəzifəsindən qovulacaq. Mən çox nadir hallarda görmüşəm ki, baş məşqçi dəyişikliyindən sonra komanda faciəvi duruma düşsün. “Bavariya”da məhz bu vəziyyət yaşanır”.

Qeyd edək ki, Tuhel “Bavariya”nı bu ilin martından çalışdırır. O, baş məşqçi postunda Yulian Nagelsmannı əvəzləyib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31