23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Xarici futbol

3 futbolçunun “Liverpul”dan gedəcəyi dəqiqləşib

Mövsümün sonunda 3 futbolçunun “Liverpul”la vidalaşacağı artıq dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, Nəbi Keyta və Aleks Oksleyd-Çemberleyn azad agent kimi komandadan ayrılacaqlar. Tərəflər arasında uzun müddət danışıqlar aparılsa da, yekunda “Liverpul” bu 2 futbolçu ilə yeni müqavilə imzalamamaq qərarına gəlib. 

Artur Melo isə müqavilə ilə məxsus olduğu “Yuventus”un düşərgəsinə qayıdacaq.

Qeyd edək ki, Keyta 60 milyon avro qarşılığında “Liverpul”a 2018-ci ildə “Leypsiq”dən gəlib. Cari mövsüm 28 yaşlı futbolçu cəmi 13 matçda meydana çıxıb. 

Aleks Oksleyd-Çemberleyn isə “Arsenaı”dan 2017-ci ildə 38 milyon avroya transfer olunub. 2022/23 mövsümündə ingilis futbolçu forma geydiyi 13 matçda 1 qol vurub.

26 yaşlı Melo isə yalnız 1 matçda iştirak edib. Çempionlar Liqasının qrup mərhələsində “Napoli” ilə görüşdə cəmi 13 dəqiqə meydanda olan futbolçu aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30