5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Holann Aqueronun rekordunu təkrarladı

“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə “Kristal Pelas”a qarşı keçirilən oyunda penaltidən fərqlənib.

Futbolxeber.az saytının məlumatına görə, bu, cari mövsümdə norveçli futbolçunun səfər matçlarında rəqib qapılarından keçirdiyi onuncu topdu. Ev oyunlarında da 10 qol həddini keçən Holann “Mançester Siti”nin tarixində bu nəticəyə imza atmağı bacaran sayca ikinci futbolçu olub. Holanna qədər yalnız Serxio Aquero Mançester təmsilçisinin heyətində bir mövsümdə həm ev, həm də səfər matçlarında minimum 10 dəfə fərqlənməyi bacarmışdı.

Qeyd edək ki, cari mövsüm Holann bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı 34 oyunda 33 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31