5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Arteta “Kristal Pelas”la oyundan razı qalıb

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 28-ci turunda “Kristal Pelas”a qarşı keçirilən oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ispan mütəxəssis komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşan görüşdən razılığını ifadə edib:

“Oyundan, komandanın meydanda sərf etdiyi enerjidən, qətiyyətliliyindən razı qaldım. Matça nəzarət tamamilə bizim tərəfimizdə idi. Azarkeşlər yenidən çıxışımızı heyranlıqla izlədilər. Yalnız standart vəziyyətdən qol buraxmağımız məni məyus etdi”.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 69-a çatdıran “Arsenal” liderliyini davam etdirir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31