2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Xarici futbol

Premyer Liqa klubu baş məşqçisiz qaldı

İngiltərənin “Sautgempton” klubu baş məşqçisiz qalıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Natan Consu baş məşqçi vəzifəsindən qovub. Buna komandanın uğursuz çıxışı səbəb olub.

Belə ki, dünən Premyer Liqanın 22-ci turunda “Vulverhempton”dan alınan 1:2 hesablı yenilgi klub rəhbərliyin səbr kasasını daşırıb. “Sautgempton” öz meydanında keçirdiyi görüşdə hesabda öndə olsa da, 10 nəfərlə qalan rəqib komanda azlıqda oynamasına baxmayaraq, 2 qol vurmaqla qələbə qazanıb. Bu, Natan Consun rəhbərliyi altında komandanın ardıcıl üçüncü, son 5 oyunda isə dördüncü məğlubiyyətidir.

“Sautgempton” 15 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, 49 yaşlı uelsli mütəxəssis ötən il noyabrın 10-dan klubu çalışdırırdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28