20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Xarici futbol

Rusiyalı mütəxəssis “Sabah”ın baş məşqçisini zəif hesab edir

“Sabah” klubunun baş məşqçisi Murad Musayev və digər rusiyalı mütəxəssislərin bu yaxınlarda “Pro” lisenziyasını almasına münasibət bildirən sabiq futbolçu Gennadi Orlov onları zəif hesab edib.

Futbolxeber.az saytının “Sport-Express”ə istinadən verdiyi məlumata görə, 78 yaşlı sabiq hücumçu Rusiyada cəmi iki məşqçinin olduğunu düşünür.

Onun fikrincə, ölkələrində məşqçilik məktəbi zəifdir: “Bizim məşqçilərimiz zəifdirlər. Ölkədə cəmi 2 məşqçi var - Sergey Semak və Valeri Karpin. Digərləri mübahisəlidir. Bəzi məşqçilər Premyer Liqa klublarında çalışsalar da, heç bir uğur əldə edə bilmədilər”.

Qeyd edək ki, yanvarın 10-da Vasili - Aleksey Berezutski qardaşları, Spartak Qoqniyev, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Sergey Kornilenko, Oleq Yarovinski və Murad Musayev “Pro” kateqoriyalı məşqçilik lisenziyasını alıblar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31