5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi"

“Qəbələ”nin sabiq məşqçisi Andrey Syomin ölkəmizdə çalışdığı günləri xatırladıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Rusiya mətbuatına müsahibəsində  2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olan atası Yuri Syominin köməkçisi olması ilə bağlı deyib:

"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilini və şəraiti çox bəyəndim. "Qəbələ" çempionatda üçüncü yeri tutdu və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq”.

Andrey Syomin "Qəbələ"dən ayrılmalarının səbəbi barədə də danışıb: "Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq "Mordoviya"da işləmək qərarına gəldi. Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, işimizi davam etdirməkdən məmnun olardıq. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28