6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Xarici futbol

Berti Foqts: "Avropa çempionatı təxirə salınmalıdır"

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts AVRO-2020-nin təxirə salınmasını istəyir.

Futbolxeber.az saytının məlumatına görə, 74 yaşlı mütəxəssis UEFA-ya müraciət ünvanlayıb:

"Məni təəccübləndirən turnirə ev sahibliyi edən UEFA-dan heç kimin heç nə eşitməməsidir. Buna görə Almaniya millisinin keçmiş baş məşqçisi kimi özüm quruma müraciət edirəm: Avropa çempionatını təxirə salın. İndi cavab verin, əks təqdirdə, gec olacaq".

Berti Foqts yarışın dekabrın ortalarına təxirə salınmasını təklif edib. Mütəxəssis AVRO-2020-nin yayda gerçəkləşməsini dəlilik adlandırıb: "O vaxta qədər azarkeşlər yenidən stadionlara buraxıla bilər, çünki insanlar peyvənd olunacaq. Futbol azarkeşi olaraq demək istəyirəm ki, Avropa çempionatı dünyanın ən gözəl və həyəcanlı idman hadisələrindən biridir. Məhz bu səbəbdən, yarışı bir daha təxirə salmalıyıq. Misirə nəzər yetirin: Hazırda pandemiya pik həddə olarkən həndbol üzrə dünya çempionatı davam edir. Bu, fəlakətdir. Futbol çempionatı da yalnız koronavirusla bağlı vəziyyətə nəzarət edən ölkədə təşkil olunmalıdır. Lakin iyunda yox, dekabrda".

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək ("Report").

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31